Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Alpinizm Federasiyası Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan dağ yürüşü keçirib.
Apasport.az xəbər verir ki, yürüşə federasiya üzvləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları da qatılıblar.
Tədbir Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə ehtiram, Vətənə xidmət ruhunun təbliği və dağçılıq idmanının inkişafına dəstək məqsədi daşıyıb. İştirakçılar yürüş zamanı fiziki dözümlülük, komanda həmrəyliyi və çətin dağ şəraitində düzgün qərarvermə bacarığı nümayiş etdiriblər.
Plana əsasən, yürüşün Zəfər zirvəsi istiqamətində keçirilməsi nəzərdə tutulub. Lakin güclü külək, məhdud görünmə məsafəsi və dəyişkən hava şəraiti səbəbindən iştirakçıların təhlükəsizliyi nəzərə alınıb və marşrut dəyişdirilib.
Peşəkar risk qiymətləndirilməsindən sonra komanda 2783 metr yüksəklikdə yerləşən Xarıbülbül zirvəsinə doğru hərəkəti davam etdirib. Çətin hava şəraitinə baxmayaraq, iştirakçılar təhlükəsizlik qaydalarına riayət etməklə zirvəyə qalxıb və yürüşü uğurla başa vurublar.
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 28 İyun 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















