Icma.az
close
up
RU
Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir ŞƏRH

Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirildi. Konsert proqramından öncə ölkələrin rəhbərləri tədbir iştirakçılarının qarşısında çıxış edərək olduqca mühüm mesajlar səsləndirdilər. Heç şübhəsiz ki, səsləndirilmiş mesajların beynəlxalq konteksti dünyanın aparıcı mətbu orqanlarının səhifələrində hələ çox müzakirə və şərh olunacaq. Ən azından ona görə ki, bütün mesajlar dünyada sülhə və ölkələr arasında ədalətli münasibətlərə çağırış motivli idi. Ancaq mövcud yazıda oxucuların diqqətini bilavasitə daxili məsələyə aid olan maraqlı bir mövzuya cəlb etmək istərdik. Belə ki, dünyanın və ilk növbədə bütün maraqlı ölkələrin diqqəti sözügedən tədbirə yönəldiyi zaman Prezident İlham Əliyev bu cür unikal və mühüm platformadan istifadə edərək öz çıxışında belə bir fikri xüsusi olaraq vurğuladı: “Bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik.” Əslində bu fikirlə dövlətimizin başçısı “vətənpərvərliyi” ideoloji fəaliyyətinin mütləq prioriteti kimi müəyyən etmiş olur.

Bu fikirlər politoloq Asif Adilin “Müstəqillik Günümüzə yeni rəng və məna qatmış tədbir” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Məlumdur ki, vətənpərvərlik ruhu yalnız həmrəylik mühiti yaşanan cəmiyyətlərdə inkişaf edə bilər. Çünki həmrəyliyin əks tərəfi ixtilaf, düşmənçilik və cəmiyyətin ideoloji parçalanmasıdır. Əlbəttə ki, qarşılıqlı şübhə və düşmənçilik olan yerdə əhalinin, xüsusilə də gənclərin ictimai təfəkküründə heç zaman səmimi vətənpərvərlik hissi formalaşa bilməz. Məhz bu cür xoşa gəlməz tendensiyalarının qarşısını almaq məqsədilə Prezident İlham Əliyev dövlət siyasətində milli həmrəyliyə hər zaman xüsusi yer ayırır. Prezidentin “Biz birlikdə güclüyük” ifadəsi isə artıq çoxdandır ki, dillər əzbəri olub.

Bəli, cəmiyyətdə vətənpərvərlik hissinin yaşanmasını şərtləndirən əsas amillərdən biri məhz milli həmrəylik və birlikdir. Onu da bilirik ki, “həmrəylik” məfhumu ilk növbədə ideoloji amildir. Hər hansı bir ideologiyanın konkret cəmiyyətdə üstünlük təşkil etməsində isə siyasi institutların və fikir sahiblərinin rolu danılmazdır. Qeyd olunanlar müstəvisində Prezident İlham Əliyevin dialoq siyasətinin daha bir pozitiv təzahür forması üzə çıxmış olur. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmizdə fəal şəkildə təşviq olunan dialoq mühiti, eyni zamanda, cəmiyyətdə mövcud olan bütün potensialların səfərbər olunmasına xidmət edir.

Beləliklə, siyasi dialoqda aktiv şəkildə iştirak edən siyasi partiyalar öz fəaliyyətləri ilə cəmiyyətimizdə yaşanan milli həmrəyliyi də qorumuş olur. Şübhəsiz ki, cəmiyyətin vahidliyini təmin edən və bu istiqamətdə arzuolunmaz tendensiyaların qarşısını alan əsas siyasi institutlardan biri məhz siyasi partiyalardır. Bu mənada çox sevindirici haldır ki, Laçında dövlətimizin başçılarının iştirakı ilə keçirilmiş sözügedən tədbirdən cəmi bir ay öncə, daha dəqiq desək aprelin 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya sədrlərinin də Laçına birgə səfəri təşkil olunub. Xatırladaq ki, siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa, Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçına olub. Tərəddüd etmədən deyə bilərik ki, qeyd olunan təcrübə həm vətəndaş həmrəyliyin dərinləşməsinə, həm Azərbaycanda demokratik siyasi mədəniyyətinin formalaşmasına xidmət edir.

Bir neçə dövlətimizin başçısının iştirakı ilə keçirilmiş tədbir ilə eyni məkanda cəmi bir ay öncə ölkənin bütün siyasi partiyalarının birgə toplanması yalnız yaşanan həmrəylik mühiti və sağlam siyasi dialoqun təzahürü kimi dəyərləndirilməlidir. Qeyd olunan danılmaz fakt bütün vətənsevərləri sevindirə bilər, xain qüvvələri isə narahat edər. Siyasi dialoq mühiti milli birliyin funksional və ideoloji bünövrəsidir. Siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi konkret məsələlərin müzakirəsi üçün işgüzar mühit yaratmaqla tərəflər arasında etibarlı münasibətləri təşviq edir. Etibarlı münasibətlər isə həmrəyli təmin etmək iqtidarında olan daha bir önəmli ideoloji amildir. Bu mənada vacib məqamlardan biri də odur ki, məhz siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Dolayısilə siyasi dialoq cəmiyyəti vahid məqsəd naminə birləşdirir və cəmiyyəti müxtəlif süni xarakterli stresslərdən qoruyur. Əlbəttə, bundan qazanan Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti və onun vətəndaşıdır.

Prezident İlham Əliyev yuxarıda qeyd olunan tədbirdəki çıxışında bildirmişdir: “Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq.” Azərbaycanın davamlı inkişafını arzu edən hər bir məsuliyyətli vətəndaş həmrəylik mühitinin qorunmasına öz töhfəsini verməli və əldə olunmuş tarixi uğurları müstəqilliyimiz qədər dəyərləndirməlidir. Odur ki, mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir və orada səsləndirilmiş mesajlar sözün hərfi mənasında Müstəqillik Günümüzə yeni rəng və məna qatmış oldu. Öz ərazi bütövlüyünü bərpa etmiş qalib Azərbaycan xalqı “müstəqillik” məfhumunun ideoloji mahiyyətinə “həmrəylik” və “birlik” kimi amilləri də əlavə etmiş oldu. Həmrəylik və birlik Azərbaycan xalqının və müasir cəmiyyətimizin yaşam modeli olaraq davamlı inkişafı təmin edir. Əldə etdiyimiz Qələbə sayəsində bizim müstəqilliyimiz artıq qüdrət, qürur və birlik simvoluna çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri