Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

Müstəqillik və qalibiyyət: Heydər Əliyev ideyalarının təntənəsi...

Müstəqillik və qalibiyyət: Heydər Əliyev ideyalarının təntənəsi...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev millətimizin taleyüklü anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. Xalqın arzu və istəklərini dərindən anlayan, ictimai-siyasi prosesləri düzgün dəyərləndirən Ulu Öndərin zəngin siyasi təcrübəsi, dərin zəkası və dövlətçilik təfəkkürü ölkəmizi ağır sınaqlardan çıxararaq müstəqil və güclü bir dövlətə çevirmişdir.

1990-cı illərin əvvəlləri müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün olduqca mürəkkəb, təhlükəli və ziddiyyətli bir dövr kimi yadda qalmışdır. O zamankı ölkə rəhbərliyinin həm idarəetmə təcrübəsinin olmaması, həm də şəxsi ambisiyaların ön plana çıxması nəticəsində respublikamız ciddi siyasi böhranla üzləşmişdir. Vətəndaş qarşıdurması, silahlı qiyamlar və separatizm meyilləri geniş miqyas almış, ictimai-siyasi sabitlik pozulmuş, dövlət institutları iflic vəziyyətinə düşmüşdür. Bütün bunlar ölkəmizin dövlət müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdır. Məhz bu kritik məqamda xalqın və dövlətin qurtuluş ümidi yalnız bir dahi şəxsiyyətə - Ümummilli Lider Heydər Əliyevə yönəlmişdir.

1993-cü ilin iyununda ölkədə dərinləşən siyasi böhran fonunda xalqın təkidli tələbi ilə Naxçıvanda Ali Məclisin Sədri kimi fəaliyyət göstərən Heydər Əliyev Bakıya dəvət olundu. 15 iyun 1993-cü il tarixində Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi xalqın taleyində dönüş nöqtəsi olmaqla bərabər, dövlətçiliyimizin xilasını təmin edən faktor kimi xüsusi önəm kəsb edir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ilk növbədə dövlət institutlarının fəaliyyəti təmin olundu, qanunun aliliyinə əsaslanan idarəetmə sistemi formalaşdırıldı.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir inkişaf tarixində mühüm rol oynamaqla yanaşı, ölkənin müstəqil enerji siyasətinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində imzalanan bu müqavilə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün etibarlı zəmin yaratdı. “Əsrin müqaviləsi” ilə Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlığa başladı, bu isə ölkənin strateji tərəfdaşlar qazanmasına səbəb oldu. Neft və qaz layihələri vasitəsilə xarici investisiyalar ölkə iqtisadiyyatına axmağa başladı. Həmçinin bu müqavilə Azərbaycanın Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas aktoruna və transmilli layihələrin önəmli iştirakçısına çevrilməsində mühüm rol oynadı.  Ən əsası isə bu enerji strategiyası Azərbaycanın siyasi müstəqilliyinin iqtisadi təminatına çevrildi. “Əsrin müqaviləsi” ilə qoyulan bu möhkəm təməl illər sonra ölkəmizin enerji sahəsində qazandığı uğurların, o cümlədən Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin reallaşmasının əsasını təşkil etdi.

Bunlarla yanaşı, Ulu Öndərin rəhbərliyi ilə atılan addımlar nəticəsində ordu quruculuğu sahəsində önəmli nailiyyətlər qazanıldı. İlk növbədə hüquqi-normativ baza yaradıldı, zabit və əsgər heyətinin sosial təminatı yaxşılaşdırıldı, hərbi təhsil müəssisələri yenidən təşkil olundu. Orduda vahid komandanlığın təmini və döyüş hazırlığının artırılması sahəsində sistemli tədbirlər görüldü. Bu proses təkcə hərbi strukturun gücləndirilməsi deyil, həm də milli ruhun, vətənpərvərlik şüurunun yüksəldilməsi demək idi.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyanın qəbulu müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğuna fundamental əsaslar yaratdı. Qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri müəyyənləşdirildi. İnsan hüquqları, söz və vicdan azadlığı, demokratik institutların möhkəmləndirilməsi kimi prinsiplər bu sənəddə öz əksini tapdı. Hüquqi dövlət quruculuğu sahəsində qəbul olunan normativ aktlar ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına və beynəlxalq standartlar uyğun mexanizmlərin yaradılmasına zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev təhsilə hər bir cəmiyyətin inkişafının əsası, milli-mənəvi dəyərlərin və elmi potensialın daşıyıcısı kimi xüsusi önəm verirdi. Onun rəhbərliyi dövründə təhsil sisteminin müasir tələblərə uyğun qurulması, elmin və təhsilin cəmiyyət həyatında aparıcı rol oynaması əsas strateji hədəflərdən biri oldu. Heydər Əliyev ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət yetirirdi. Beləliklə, Ümummilli Liderin imzaladığı fərman və sərəncamlarla ali təhsil sisteminin təkmilləşdirilməsi və təhsil islahatlarının davamlılığı təmin olundu. Bu siyasət sonrakı illərdə Azərbaycanın intellektual potensialının möhkəmlənməsinə güclü təkan verdi.

Heydər Əliyev səhiyyə sisteminin inkişafını dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirmişdi. Onun təşəbbüsü ilə səhiyyə müəssisələrinin yenidən qurulması, əsaslı təmiri və yeni avadanlıqlarla təchiz olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Həmçinin əhalinin tibbi maarifləndirilməsi sahəsində ardıcıl proqramlar tətbiq olundu. Bu siyasət səhiyyə xidmətlərinin əhatə dairəsinin genişlənməsinə və tibbi infrastrukturun yenilənməsinə şərait yaratdı.

Ümummilli Lider Heydər Əliyev gəncləri dövlətin gələcəyi və aparıcı qüvvəsi kimi dəyərləndirir, onların milli ruhda formalaşmasına xüsusi önəm verirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Azərbaycan Gəncləri Gününün təsis olunması bu sahədə aparılan siyasətin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, onların dövlət qulluğuna, elmi-tədqiqatlara və beynəlxalq təcrübəyə çıxış imkanları genişləndirildi. Gənclərin mənəvi, intellektual və sosial inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu təbəqə cəmiyyətin dinamik sosial qüvvəsinə çevrildi.

Dahi Lider Heydər Əliyev idmanı cəmiyyətin  sağlam həyat tərzinin vacib tərkib hissəsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm vasitə kimi dəyərləndirirdi. Onun rəhbərliyi ilə milli idman federasiyaları yaradıldı və dövlət proqramları qəbul olundu. Ulu Öndərin təşəbbüsü ilə Bakı şəhərində və regionlarda olimpiya idman komplekslərinin tikintisinə başlanıldı, idman infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirildi. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurla çıxış etməsi və Olimpiya Hərəkatında fəal iştirak etməsi üçün dövlət dəstəyi gücləndirildi. Bu siyasət nəticəsində ölkədə idmanın kütləviliyi təmin olundu.

Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət strategiyasını balanslaşdırılmış, praqmatik və milli maraqlara əsaslanan amillər üzərində qurdu. Qarşılıqlı hörmət və bərabərlik prinsipləri rəhbər tutuldu, beynəlxalq təşkilatlarla aktiv əməkdaşlıq təmin edildi. Ölkəmiz Qərb və Şərq arasında etibarlı tranzit və enerji tərəfdaşına çevrildi. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuz qazandı və dövlət müstəqilliyini gücləndirməyi bacardı.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən strateji ardıcıllıqla davam etdirilir. Məhz bunun nəticəsində  tərəqqi yolunda inamla addımlayan Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail oldu. 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam təmin olundu, ölkənin bütün ərazilərində konstitusion hüquq bərqərar edildi.

Milli Qurtuluş Günü həm də xalqın milli yaddaşına yazılmış qürur səhifəsidir. Azərbaycanın bugünkü siyasi sabitliyi, iqtisadi gücü, hərbi qüdrəti, beynəlxalq nüfuzu və xalqın milli birliyi məhz 1993-cü ildə başlanan xilaskarlıq missiyasının nəticəsidir. Bu tarixi gün müstəqillik ideyasına sədaqətin, liderə inamın və dövlətçilik iradəsinin simvoludur. Dövlət müstəqilliyini qorumaq və onu gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs vəzifəsidir.

Şəhla Abdullayeva,

YAP Ucar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see225

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see211

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see210

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see194

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see166

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see158

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see150

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see145

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see144

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see144

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see143

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see136

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see135

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see133

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see133

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see132

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see130

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see128

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri