Icma.az
close
up
RU
Zəfərimiz Heydər Əliyev ideyalarının təntənəsidir

Zəfərimiz Heydər Əliyev ideyalarının təntənəsidir

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Lena Əzizova, 

Yasamal rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi 

***

Ümummilli Lider Heydər Əliyevin   Azərbaycan dövlətinə rəhbərlik etdiyi illər xalqımızın və dövlətimizin tarixinə  qızıl hərflərlə həkk  olunmuş bir dövrdür.

Ulu Öndərin ideyaları əsasında  həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılmış, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənmişdir. Heydər Əliyevin  sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, milli həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında – tarixi ədalətin bərpasında həlledici rol oynamışdır.  Ümummilli Lider Heydər Əliyevin ideyalarının təntənəsinin təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan şanlı Zəfərdən yeni zirvələrə doğru inamla irəliləməkdədir. Ulu Öndərin dahiyanə söylədiyi  “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamının təsdiqi olaraq bu gün məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində  müasir, müstəqil, suveren Azərbaycan qurulmuşdur. Artıq Azərbaycan dünyada inkişaf diyarı, multikultural dəyərlərin və tolerantlıq mühitinin hökm sürdüyü  beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır.

Azərbaycanın gücünü müəyyən edən əsas strateji amil Prezident İlham Əliyevin tarixi ənənələri, milli dəyərləri, əxlaqi-mənəvi normaları daim üstün tutaraq, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsindən bəhrələnərək onun siyasətini keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirməsidir. Tarix təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinə, Heydər Əliyev yoluna alternativ yoxdur. Bu yol yalnız müstəqillik illərimizin deyil, hələ Sovetlər dönəmində, 1969-cu ildən başlayaraq qət edilən şərəfli yoldur. Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi tarixi imkandan faydalanaraq müstəqil dövlətçilik arzusunu əbədi reallaşdırmasını təmin etdi. 1993-2003-cü illər ərzində Heydər Əliyevin dövlətçilik doktrinası əsasında quruculuq strategiyası uğurla həyata keçirildi və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. 

Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də  gələcəyə doğru  uğurla aparan şəxsiyyət idi.  Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi zamanı ölkəmizin müstəqilliyini öncədən görürdü və onun siyasəti məhz bu istiqamətə yönəlmişdi. Ölkəmizin iqtisadi qüdrətinin artırılmasını, hərbi hazırlığa böyük önəm verilməsini, bu məqsədlə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin bu uzaqgörənliyi  sayəsində Azərbaycan ordusu məhz bu gün dünyada qalib dövlətin ordusu kimi tanınır.

O, bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini dərk etmək,  həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir. Dəmir yumruq əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunması  xalqımızın  milli birlik nümunəsidir,  Heydər Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya hərbi gücünü və milli gücünü göstərərək,dünyada qalib ölkə kimi tanındı. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir.    Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir. 

Heydər Əliyev Azərbaycanın xilaskarı, memarı və qurucusudur. Heydər Əliyev dünənimizdə, bu günümüzdə, sabahımızdadır. Heydər Əliyev Azərbaycanın  dövlətçilik tarixində misilsiz rolu olan, xalqımızın milli qürur mənbəyinə çevrilən bir liderdir. Bu gün Azərbaycan Ulu Öndərin böyük uzaqgörənliklə istiqamətləndirdiyi və mayak kimi işıqlandırdığı yolla  gələcəyə inamlı addımlarla irəliləyir. Heydər Əliyevin zaman baxımından reallaşdıra bilmədiyi bircə  arzusu qalmışdı. O, Azərbaycanı bütöv, Qarabağı azad görmək istəyirdi. Ulu Öndər bu arzusunun reallaşmasını da daim arxalandığı xalqının dəstəyi ilə özü qədər inandığı İlham Əliyevə vəsiyyət etdi. Bu böyük məsələnin çözümü də böyük müdriklik, böyük uzaqgörənlik, böyük əzm və qətiyyət  tələb edirdi. 

Nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev    2020-ci ilin sentyabrında bir çağırışı ilə bütün xalqı və ordunu ayağa qaldırdı. Rəhbər-xalq-ordu  birliyi cəmi 44 gün ərzində böyük Zəfərə imza atdı, 30 ilə yaxın işğalda qalan  torpaqlarımızı düşməndən azad etdi. Bu Zəfərlə yalnız 30 ilin deyil, əsrlərin qisası alındı. 

Azərbaycan Ordusu  Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da güclənir, döyüş qabiliyyətini artırır. Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan  Müzəffər Ali Baş Komandan,  cənab İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımızın rifahının daha da yüksəldilməsinə yönəlmiş siyasəti ilə Azərbaycana hələ böyük uğurlar, yeni zəfərlər, zirvələr bəxş edəcəkdir. Bundan sonra da qazanılacaq bütün nailiyyət və qələbələr Heydər Əliyev siyasətinin dönməzliyinin, əbədiliyinin təsdiqi, cənab İlham Əliyevin Zəfər yürüşünün davamı olacaqdır.

MİA.AZ
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:513
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Finlandiyanın ən qədim luna parkı 138 ildən sonra bağlanır SƏBƏB

24 Sentyabr 2026 20:31see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri