Icma.az
close
up
RU
Müstəqillikdən suverenliyə: Azərbaycanın yenilənən dövlətçilik yolu

Müstəqillikdən suverenliyə: Azərbaycanın yenilənən dövlətçilik yolu

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

18 oktyabr Azərbaycanın Müstəqilliyin Bərpası Günüdür. Bu tarix xalqımızın tarixində azadlıq, milli iradə və dövlətçilik duyğusunun ən parlaq təcəssümüdür.

1991-ci ilin məhz bu tarixində Azərbaycan xalqı öz taleyinə sahib çıxaraq, müstəqilliyini yenidən bərpa etdi. Bu qərar yalnız siyasi hadisə deyil, əsrlərlə davam edən milli azadlıq mübarizəsinin və xalqın tarixi kimliyinə sadiqliyinin rəmzi idi.

18 oktyabr Azərbaycan üçün həm keçmişə ehtiram, həm də gələcəyə inam deməkdir. Çünki, bu gün müstəqil dövlətçiliyin sarsılmaz təməli qoyuldu.

Bu il - 2025-ci il, ölkəmiz üçün daha dərin məna daşıyır. Azərbaycan Respublikasında bu il Konstitusiya və Suverenlik İli elan olunub. Bu təşəbbüs yalnız tarixi yubiley deyil, həm də dövlət idarəçiliyinin, hüquq mədəniyyətinin və milli dəyərlərin yenilənməsi mərhələsidir. 1991-ci ildə bərpa olunan müstəqillik 1995-ci ildə qəbul edilən Konstitusiya ilə hüquqi müstəviyə keçdi, suveren dövlət anlayışı isə artıq bu gün yeni məzmunla - müasir idarəçilik, vətəndaş rifahı və beynəlxalq nüfuzla tamamlanır.

Müstəqilliyin bərpasından 34 il keçir, lakin bu illər sadəcə tarix deyil, milli iradənin və siyasi gücün formalaşma mərhələsi olub. Azərbaycan bu illər ərzində müharibədən sülhə, iqtisadi asılılıqdan enerji müstəqilliyinə, regional tərəfdaşlıqdan qlobal diplomatik nüfuza qədər böyük bir inkişaf yolu keçib. Bu yolun mərkəzində isə dəyişməz dəyərlər dayanır: dövlətin suverenliyi, xalqın birliyi və azadlıq ruhunun qorunması.

Bu gün Azərbaycan yalnız müstəqil dövlət deyil, həm də öz siyasi, hüquqi və mənəvi modelini dünyaya təqdim edən nüfuzlu bir ölkədir. Konstitusiya və Suverenlik ili bu reallığı daha da möhkəmləndirir - vətəndaş hüquqlarının qorunduğu, ədalətli idarəetmə və güclü milli suverenlik prinsiplərinə söykənən yeni inkişaf mərhələsini ifadə edir.

18 oktyabr - Müstəqilliyin Bərpası Günü bizə bir daha xatırladır ki, azadlıq bir dəfə qazanılmır. Onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. 1991-ci ildə bərpa edilən müstəqillik bu gün güclü dövlətçilik, sabit suverenlik və dərin milli məsuliyyətlə qorunur. Azərbaycan XXI əsrdə sübut edir ki, müstəqillik yalnız tarix deyil, həm də dövlətin gücü, xalqın kimliyi və gələcəyin təminatıdır.

Züriyə Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri