Icma.az
close
up
RU
20 sentyabr: İqtisadi müstəqillikdən suverenliyə

20 sentyabr: İqtisadi müstəqillikdən suverenliyə

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, dövlətin və xalqın gələcək inkişaf yolunu da müəyyən edir. Sentyabrın 20-si məhz belə bir tarixdir. Bu gün təqvimdə 29 il aralı düşən iki böyük hadisə yan-yana dayanır: 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərpası.
Birincisi müstəqil dövlətin iqtisadi təməlini qoydu, siyasi müstəqilliyin qarantiyasına çevrildi, ikincisi isə ərazi bütövlüyünü tamamladı. Dövrləri fərqli olsa da, hər ikisini eyni məntiq birləşdirir: suverenlik yalnız bəyan edilməklə deyil, güclü iqtisadiyyat, qətiyyətli siyasət və real nəticələrlə təmin olunur.
 

1994-cü ilin sentyabrına gələndə Azərbaycan müstəqilliyini bərpa etməsindən cəmi üç il keçmişdi. Ölkə ərazisinin təxminən beşdə biri işğal altında idi, yüz minlərlə vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayırdı, iqtisadiyyat dərin böhran içində idi. Həmin ilin mayında atəşkəs əldə olunsa da, vəziyyət hələ də kövrək idi.


Məhz belə bir vaxtda Ümummilli Lider Heydər Əliyev Xəzərin enerji ehtiyatlarını dünya bazarına çıxarmaq və ölkəyə iri xarici sərmayə cəlb etmək kursunu götürdü. Bu, həm iqtisadi, həm də siyasi baxımdan cəsarətli addım idi.
1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı neft şirkətləri arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Öz miqyasına və tarixi əhəmiyyətinə görə ona “Əsrin müqaviləsi” adı verildi.
Həmin il dekabrın 12-də Milli Məclis sənədi ratifikasiya etdi, sonrakı illərdə isə bu sazişin ardınca 19 ölkəni təmsil edən 41 şirkətlə daha 26 müqavilə imzalandı.
“Əsrin müqaviləsi” yalnız neft hasilatı barədə sənəd deyildi. Müstəqil Azərbaycan təbii sərvətlərindən milli mənafeyə uyğun şərtlərlə, dünyanın nüfuzlu şirkətləri ilə tərəfdaşlıq əsasında istifadə etməyə başladı. Bu yol ölkəni beynəlxalq enerji xəritəsinə çıxardı, Bakı–Tbilisi–Ceyhan kimi layihələrə imkan yaratdı, Neft Fondunun təsis olunması ilə gəlirlərin gələcək nəsillər üçün qorunmasını təmin etdi.

2017-ci ildə saziş yenilənərək 2050-ci ilədək uzadıldı. Yəni otuz il əvvəl atılan addım bu gün də Azərbaycanın iqtisadi gücünün əsas dayaqlarından biridir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il Sərəncamı ilə sentyabrın 20-si Neftçilər günü kimi də qeyd olunur.


İkinci 20 sentyabr isə 2023-cü ilə təsadüf edir. Həmin il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoymaq üçün lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 20-də qanunsuz silahlı dəstələr tərk-silah edildi.
Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra nəzarətdən kənarda qalan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üzərində suverenlik tam bərpa olundu. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev bu şəhərlərdə Azərbaycan Bayrağını ucaltdı.
Xankəndinin mərkəzində dalğalanan Bayraq uzun illər davam edən işğalın sona çatdığının və dövlət suverenliyinin tam təmin olunduğunun rəmzinə çevrildi.
Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günüdür. Bu, sadəcə təqvimə yeni bir tarix əlavə etmək deyildi. Ərazi bütövlüyü və suverenlik tam bərpa olunandan sonra formalaşan yeni reallıq dövlət səviyyəsində rəsmiləşdirildi.
Həmin gün artıq üçüncü ildir qeyd olunur və xalqımızın yaddaşında Zəfərin, dövlətçilik əzminin və milli iradənin rəmzlərindən biridir.
Bu iki tarixi yan-yana qoyanda bir neçə ortaq cəhət diqqəti çəkir. Birincisi, hər ikisi suverenliyin bir-birini tamamlayan iki ölçüsünü ifadə edir. 1994-cü il iqtisadi və resurs müstəqilliyinin, 2023-cü il isə ərazi bütövlüyünün təməlini möhkəmləndirdi. İqtisadi əsası olmayan müstəqillik kövrək qalır, ərazi bütövlüyü təmin olunmayan iqtisadi güc isə tam məna kəsb etmir. Azərbaycan bu iki məsələni ardıcıl şəkildə həll etdi.
 

İkincisi, hər iki tarix təsadüfün deyil, uzunmüddətli strategiyanın nəticəsidir. “Əsrin müqaviləsi” ağır danışıqlardan, milli mənafeyi qorumaq qətiyyətindən sonra imzalandı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması isə otuz illik mübarizənin, ordu quruculuğunun və 2020-ci il Zəfərindən sonra ardıcıl aparılan siyasətin məntiqi yekunu oldu.


Üçüncüsü, bu iki hadisə arasında birbaşa tarixi varislik var. Ümummilli Lider Heydər Əliyevin qurduğu neft strategiyası ölkənin iqtisadi potensialını yaratdı və maliyyə imkanlarını genişləndirdi. Həmin potensial ordu quruculuğunun, infrastruktur layihələrinin və nəticə etibarilə Zəfərin əsas dayaqlarından biri oldu.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin imkanlar azad edilmiş torpaqların bərpasına və Böyük Qayıdışa yönəlir. Xəzərin dərinliyindən çıxarılan neftin yaratdığı imkanlar Qarabağın dirçəlişində yeni məzmunla davam edir.
Nəhayət, hər iki tarix bir həqiqəti də xatırladır: imza da, Bayraq da başlanğıcdır. 1994-cü ildə sənədin imzalanması işin yalnız ilk mərhələsi idi, əsl nəticələr yataqların işlənməsi, boru kəmərlərinin çəkilməsi və gəlirlərin səmərəli idarə olunması ilə göründü. Eyni məntiq bu gün Qarabağa da aiddir. Bayrağın ucaldılması suverenliyi təsdiqlədi, indi isə əsas məsələ həmin torpaqlarda insanların təhlükəsiz və layiqli yaşamasını təmin etməkdir.
Buna görə də bu günü yalnız hərbi zəfərin işığında görmək onun mahiyyətini tam mənası ilə ifadə etmir. Azərbaycan Ordusunun qazandığı Zəfər ölkənin qarşısında yeni tarixi mərhələnin əsasını qoydu: azad edilmiş torpaqları ayağa qaldırmaq, köçkün düşmüş insanları öz yurdlarına qaytarmaq, dağılmış həyatı yenidən qurmaq. Qələbənin davamlı nəticəyə çevrilməsi üçün onun siyasi, iqtisadi və sosial təməli nə qədər möhkəm qurulsa, Zəfər də bir o qədər davamlı olar.
Azərbaycanın Qarabağ siyasəti məhz bu prinsip üzərində qurulub.
Beləliklə, sentyabrın 20-si Azərbaycan tarixində iki fərqli, lakin bir-birindən ayrılmaz rəmzi məna daşıyır. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” müstəqil dövlətin iqtisadi təməlini və siyasi qüdrətini möhkəmləndirdi, 2023-cü ildə dövlət suverenliyinin tam bərpası isə Azərbaycanın hərbi-siyasi gücünü bütün dünyaya təsdiq etdi. Ümummilli Lider Heydər Əliyevin qoyduğu təməl üzərində Prezident İlham Əliyevin qazandığı Zəfər iyirmi doqquz illik tarixi yolu vahid dövlətçilik xəttində birləşdirir. Bu xətt iki lideri, iki dövrü və vahid məqsədi, yəni güclü, suveren və bütöv Azərbaycanı bir araya gətirir.
Əlibala Məhərrəmzadə
Milli Məclisin deputatı, İqtisad elmləri doktoru, professor
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see314

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see253

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see244

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see232

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see232

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see223

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see215

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see215

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see214

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see212

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see210

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see201

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see201

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see198

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see188

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see187

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see186

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri