Icma.az
close
up
RU
Müstəqilliyin, qüdrətin və qələbənin rəmzi

Müstəqilliyin, qüdrətin və qələbənin rəmzi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü – 26 İyun hər bir azərbaycanlı üçün qürur, şərəf və vətənpərvərlik hissləri ilə dolu bir tarixdir. Bu gün Azərbaycanın müstəqilliyinin, dövlətçilik ənənələrinin və xalqımızın mənəvi gücünün təcəssümü olan Silahlı Qüvvələrimizin yaranma günüdür. Müasir dövrdə Azərbaycan Silahlı Qüvvələrinin tarixi, ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə formalaşmış, 44 günlük Vətən müharibəsindəki tarixi qələbə ilə zirvəyə yüksəlmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Lakin müasir mənada peşəkar və müstəqil Silahlı Qüvvələrin formalaşması 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra başlanmışdır. 26 İyun 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə bu tarix rəsmi olaraq Silahlı Qüvvələr Günü kimi təsis edilmişdir. Bu, təkcə ordu günü deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, müstəqilliyinin və öz suverenliyini qorumaq əzminin təntənəsidir. Silahlı Qüvvələr Azərbaycanın dövlətçilik ideologiyasının əsasını təşkil edən sütünlardan biridir. Azərbaycançılıq ideologiyası, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşaraq xalqımızın birliyini, milli-mənəvi dəyərlərini və vətənpərvərlik ruhunu ön plana çıxarmışdır. Silahlı Qüvvələr bu ideologiyanın ən mühüm təcəssümüdür, çünki ordu təkcə ölkənin fiziki təhlükəsizliyini təmin etmir, həm də xalqımızın mənəvi gücünü, müstəqillik əzmini və tarixi ədalətə olan inamını simvolizə edir. 26 İyun hər il bu ideoloji dəyərləri xalqa bir daha xatırladır və gənclərdə vətənpərvərlik hisslərini gücləndirir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunmasında və dövlətçiliyinin möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi olmuşdur. O dövrdə ölkə ağır vəziyyətdə idi: iqtisadi böhran, daxili siyasi qeyri-sabitlik və Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycanın gələcəyini təhdid edirdi. Ulu öndər Heydər Əliyev bu çətin şəraitdə dövlətin idarəçiliyini öz üzərinə götürərək ölkəni xaosdan xilas etmiş və Silahlı Qüvvələrin müasir prinsiplər əsasında qurulmasına başlamaqla dövlətçiliyin təməlini möhkəmləndirmişdir. Ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin formalaşmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Onun rəhbərliyi ilə ordu müasir hərbi texnika ilə təchiz olunmağa başlamış, peşəkar kadrların hazırlanması üçün hərbi təhsil sisteminin əsası qoyulmuşdur. 1994-cü ildə atəşkəs sazişinin imzalanması ilə Azərbaycan öz hərbi potensialını gücləndirmək və gələcək qələbəyə hazırlaşmaq üçün vaxt qazanmışdır. Ümummilli lider Heydər Əliyev bu dövrdə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, hərbçilərdə vətənpərvərlik ruhunun aşılanmasına xüsusi diqqət yetirmişdir. Ulu Öndər hərbi kadrların hazırlanmasına böyük əhəmiyyət verirdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün çağırışlarına uyğun formalaşaraq güclü və peşəkar bir orduya çevrilmişdir. Onun neft strategiyası və “Əsrin müqaviləsi” kimi iqtisadi layihələri ölkəyə böyük gəlirlər gətirmiş, bu isə Silahlı Qüvvələrin müasir silahlarla təchiz olunmasına imkan yaratmışdır. Ulu öndər Heydər Əliyev həmçinin Silahlı Qüvvələrin ideoloji təməlinin formalaşmasına xüsusi diqqət yetirmişdir. Onun azərbaycançılıq ideologiyası orduda milli birlik və vətənpərvərlik ruhunun güclənməsinə xidmət etmişdir. Ulu öndər hərbi xidmətin şərəfli bir vəzifə olduğunu vurğulayaraq gəncləri vətənə xidmətə səsləmişdir. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı Silahlı Qüvvələrin əsas ideoloji devizinə çevrilmişdir.

Bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Silahlı Qüvvələrini dünya səviyyəsində rəqabətədavamlı bir orduya çevirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan ordusu həm maddi-texniki, həm də mənəvi cəhətdən misilsiz inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin hərbi sahədə apardığı islahatlar, müasir texnologiyaların tətbiqi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi ilə silahlı qüvvələrimizin gücünü dəfələrlə artırmışdır. Azərbaycanın iqtisadi inkişafı, xüsusilə neft və qaz layihələrindən əldə olunan gəlirlər ordunun müasir silahlarla təchiz olunmasına yönəldilmişdir. Dron texnologiyaları, yüksək dəqiqlikli silahlar və müasir hərbi texnika Azərbaycan ordusunun arsenalına daxil edilmişdir. Dövlət başçısı cənab İlham Əliyev hərbi sənayenin inkişafına da xüsusi önəm vermiş, yerli istehsalın artırılması ilə Azərbaycanın öz hərbi potensialını yaratmağa başlamışdır.

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 gün ərzində tarixi qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Bu qələbə təkcə hərbi gücün deyil, həm də xalqımızın birliyinin, Ali Baş Komandanın qətiyyətli liderliyinin və düzgün strateji planlaşdırmanın nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələr təkcə döyüş meydanında deyil, həm də ideoloji müstəvidə böyük uğurlar əldə etmişdir. Prezidentin “Dəmir yumruq” siyasəti xalqımızda ədalətə olan inamı gücləndirmiş, gənclərdə vətənpərvərlik hisslərini daha da alovlandırmışdır. Vətən müharibəsindən sonra Qarabağda aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələri və regionun dirçəldilməsi Silahlı Qüvvələrimizin qələbəsinin davamlı nəticələrini təmin edir.

26 İyun Silahlı Qüvvələr Günü təkcə hərbi qüdrətin bayramı deyil, həm də Azərbaycan xalqının birliyinin, dövlətçilik şüurunun və vətənpərvərlik ruhunun təcəssümüdür. Bu gün xalqımızın ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətləri bir daha xatırladır. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından biri kimi dünya miqyasında tanınır və bu, hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Silahlı Qüvvələr Günü həm də gənclərə vətənpərvərlik dərsləri vermək, onları dövlətə və xalqa sədaqət ruhunda tərbiyə etmək üçün mühüm fürsətdir.

Beləliklə, 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü xalqımızın tarixində qürurverici bir səhifədir. Ulu öndər Heydər Əliyevin qoyduğu təməl və Prezident İlham Əliyevin bu təməli möhkəmləndirərək zirvəyə çatdırması Azərbaycan ordusunu dünyanın ən güclü ordularından birinə çevirmişdir. Vətən müharibəsindəki qələbə, Qarabağın azad edilməsi və regionun dirçəldilməsi Azərbaycanın müstəqilliyinin və qüdrətinin təntənəsidir. Silahlı Qüvvələrimiz bu gün təkcə ölkəmizin təhlükəsizliyinin qarantı deyil, həm də xalqımızın mənəvi birliyinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik əzminin simvoludur.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri