Icma.az
close
up
RU
Müstəqilliyin qaranquşları

Müstəqilliyin qaranquşları

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi, amma iradəsi sınmadı, milli ruhu sarsılmadı. Bu qanlı olay Azərbaycan tarixinə qara hərflərlə yazılsa da, axıdılan qanlar müstəqilliyimizə gedən yolun qırmızı lenti oldu. 20 Yanvar şəhidləri gənclərimiz üçün də nümunədir. Onlar ölümləri ilə özlərindən sonrakı nəslə böyük bir vətənpərvərlik məktəbi qoyub getdilər. Bəs xalqımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın – “Azadlıq qaranquşları”nın qəhrəmanlığı gənc nəslin tərbiyəsində, dünyagörüşündə hansı izləri buraxıb? Bu sualın cavabını 1990-cı ildən sonra dünyaya gələn gənclərin dilindən eşidək. 

Yaponiyada təhsil alan 24 yaşlı Yaqut Şəkizadə bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinin həm ən faciəli, həm də ən şərəfli günlərindən biridir: “Bu gün xalqımızın azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilmiş, eyni zamanda, milli ruhumuzun gücünü, birliyimizi və əyilməzliyimizi dünyaya nümayiş etdirmişdir.  Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə, insanlığa qarşı törədilmiş bir cinayət idi. 20 Yanvar faciəsi hər nə qədər dəhşətli olsa da, Azərbaycan xalqının azadlıq ruhunu qıra bilmədi. Əksinə, bu hadisə milli birliyi daha da möhkəmləndirdi və müstəqillik yolunda dönüş nöqtəsi oldu. 

Azərbaycan Dillər Universitetinin tələbəsi Günay Mustafazadə: “20 Yanvar faciəsindən artıq 35 il keçir. Lakin bu qətliam heç vaxt unudulmadı, xalqımızın yaddaşında əbədiləşdi. Azərbaycan xalqı hər il bu dəhşətli faciəni xatırlayır. Mən və yaşıdlarım 20 Yanvar hadisəsinin şahidi olmamışıq. Amma böyüklərimiz o qəhrəmanların, oğul və qızların Vətən sevgisini və sönməyən ümidlərini bizə örnək göstəriblər. Hər bir azərbaycanlı bu gün sahib olduğumuz müstəqilliyin, demokratik dövlətdə yaşamağın hansı mücadilələr bahasına qazanıldığını unutmamalıdır. On illər ötsə, nəsillər dəyişsə də 20 Yanvar şəhidlərinin xatirəsi ürəklərdə yaşayacaq”.

Milli Təhsil Texnologiyaları Mərkəzində çalışan Amil Hüseynli: “Düşünürəm ki, 20 Yanvar hadisəsi azadlığın qanla qazanıldığını göstərən nümunədir. Həmin gecə insanlar əliyalın tankların qarşısına çıxaraq, azadlıq uğrunda canlarını fəda etdilər. Yəni bilərəkdən ölümə getdilər. Müstəqilliyimizin əldə olunmasında onların fədakarlığı danılmazdır. O qanlı gecəyə aid videolar və şahidlərin danışıqları xalqımızın həmin gecə zülmə məruz qaldığını göstərir. Valideynlərimdən və müəllimlərimdən eşitdiyimə görə, hadisə baş verən günü televiziyanın enerji blokunu partladıblar ki, xalqın nələrin baş verdiyindən xəbəri olmasın. Allah xalqımıza bir daha belə ağrı-acılı günləri yaşatmasın”.

“Heydər Əliyev böyük cəsarətlə 20 Yanvar faciəsinin hüquqi və siyasi qiymətini verdi. O, bu tarixə milli şərəf və qəhrəmanlıq rəmzi kimi yanaşdı”. Bu sözlərin müəllifi gənc tarix müəllimi Nərgiz Əhmədova deyir ki, işlədiyi tədris ocağında şagirdlərinə 20 Yanvarın yalnız faciə deyil, həm də qəhrəmanlıq tarixi olduğunu aşılayır: “Həmin dövrdə baş verənlər bizə milli iradənin və birliyin nəyə qadir olduğunu göstərdi. Şəhidlərimizin xatirəsini yaşatmaq və onların uğrunda mübarizə apardıqları dəyərləri qorumaq hər bir azərbaycanlının mənəvi borcudur. Şəhidlər xiyabanı –xalqımızın azadlığı və müstəqilliyi uğrunda canından keçənlərin uyuduğu məkan indiki və gələcək nəsillərimizin ziyarətgahı, and yeridir.”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Rüqəyya Babayevanın fikrincə, hər bir xalqın tarixində ağır illər və dirçəliş dövrü olur: “Qanlı Yanvar gecəsi Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. O dövrün şahidlərinin dilindən eşitdiyimiz, qanlı hadisələri əks etdirən filmlərdən və fotoşəkillərdən izlədiklərimiz yaddaşımıza əbədi həkk olub. Üstündən 35 il keçsə də biz o müdhiş gecənin səslərini eşidirik. Həm də bu gün bayrağımızın yüksəklikdə qürurla dalğalandığını görürük”. 

* * *

Onların arzuları sönmədi, gerçəkləşdi. Şəhidlik zirvəsinə yüksələrək Haqq dünyasına qovuşanların ruhları bu gün şaddır. Uğrunda canlarından keçdikləri Azərbaycan bu gün müstəqil və suverendir. Qarabağı görməyən igidlərimiz də Vətən uğrunda ölümə getdilər və şəhid, qazi oldular. Azadlıq məhz belə qazanılır.  

Azər MUSTAFAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see282

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see262

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see258

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see252

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see249

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see237

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see229

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see222

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see213

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see212

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see209

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see207

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see200

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see198

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see192

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see191

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see181

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see180

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see170

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri