Icma.az
close
up
RU
Müştəri KONTAKT HOME dan şikayətləndi, mağzanın cavabı belə oldu

Müştəri KONTAKT HOME dan şikayətləndi, mağzanın cavabı belə oldu

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt sakini Nuriyə Mustafayeva “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir.

AzPost xəbər verir ki, o, sentyabrın 2-də Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən mağazadan kondisioner və televizor aldığını bildirib. Müştərinin sözlərinə görə, kondisioner üçün quraşdırma xidməti ödənişli şəkildə təqdim olunub, lakin televizorla bağlı belə bir xidmətin lazım olub-olmadığı barədə soruşduqda “yox” cavabı alıb.

Məhsullar sentyabrın 5-də çatdırılıb, lakin quraşdırma xidməti vaxtında göstərilməyib. Şikayətçi qeyd edir ki, əlavə ödəniş tələb olunduğu üçün malları geri qaytarıb, sonradan televizoru yenidən – endirimli qiymətlərlə və əlavə ödəniş edərək alıb.

Mustafayeva iddia edir ki, usta televizoru qoşduğu anda ekran işləməyib. O, dərhal qaynar xəttə və mağazaya müraciət etsə də, Sentyabrın 28-də ona müraciətinin rədd edildiyi bildirilib:

> “Mənə dedilər ki, televizoru yalnız təmir xərclərini qarşıladığım halda geri ala bilərlər. Halbuki televizoru heç bir gün belə istifadə etməmişdim”.

Müştəri əlavə edib ki, cihaz üçün 80 manat ödəyərək “Zəmanət Plus” xidmətini də əldə edib. Buna baxmayaraq, şikayəti qəbul olunmayıb və o, məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.

“Kontakt Home” rəsmi cavabında isə bunları bildirib:
“Nuriyyə xanımın müraciəti diqqətlə araşdırılıb və müştəriyə ətraflı izah edilib. Məhsul ona bağlı qutuda, tam yeni vəziyyətdə təqdim olunub. Zəmanət Plus xidməti yalnız məhsuldan qaynaqlanan texniki nasazlıqlara şamil olunur. Lakin bu hal zəmanət şərtlərinə daxil deyil. Nasazlıq yalnız ödənişli əsaslarla aradan qaldırıla bilər. Təkliflə razılaşmamağınızı anlayışla qarşılayırıq”.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri