Müştəri Neptun supermarketdən narazıdır: “Bonus kartımda heç vaxt bal yığılmır”
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda yerləşən Neptun supermarketdə bonus kart sistemi ilə bağlı narazılıq yaranıb. Müştəri bildirib ki, mağazadan mütəmadi alış-veriş etməsinə baxmayaraq, bonuslar kartına əlavə olunmur.
AzPost xəbər verir ki, şikayətçi Mətanət İşık bu problemi Məhəmməd Hadi küçəsi 130 ünvanında yerləşən Neptun filialında yaşadığını deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı mağazaya müraciət etsə də, problem hələ də həll olunmayıb.
“Dünən səbəbini öyrənmək üçün mağazaya getdim, məni xeyli gözlətdilər, sonra harasa zəng etdilər. İnternetin olmadığını dedilər, amma bonusların karta oturduğunu söylədilər. Bu gün yenə alış-veriş etdim, amma kartda heç bir bonus görünmədi,” – deyə Mətanət İşık bildirib.
Vətəndaş qeyd edib ki, artıq dəfələrlə eyni vəziyyətlə qarşılaşıb və bu, müştərilərin etimadına mənfi təsir göstərir. O, supermarket rəhbərliyindən sistemdəki nasazlığın aradan qaldırılmasını və bonus kart mexanizminin şəffaf şəkildə işləməsini tələb edib.
Məsələ ilə bağlı Neptun supermarketin mövqeyini öyrənməyə çalışacağıq.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Oktyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















