Icma.az
close
up
RU
Müştərini soyan “Prius”un sürücüsünə cəza verildi

Müştərini soyan “Prius”un sürücüsünə cəza verildi

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Vüqar İbrahimovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilib. Hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiq edilməsi ilə bağlı müddəalar xaric olunub. Təqsirləndirilən şəxs üzərində saxlanılan 2 il 7 ay 6 gün müddətə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 06 may 2024-cü il tarixdə, saat 06:00 radələrində Suraxanı rayonu ərazisində qeydə alınıb. Belə ki, taksi xidməti ilə məşğul olan Vüqar İbrahimov etibarnamə əsasında idarə etdiyi "Toyota Prius” markalı avtomobillə sifariş əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisindən zərərçəkmiş Qalib Əkbərlini (ad, soyadı şərtidir) götürüb, Suraxanı rayonu, Hövsan qəsəbəsinə aparıb. Bu zaman o, Hövsan qəsəbəsi ərazisində zərərçəkmiş şəxsin maşında pulunu saydığını görüb. Təqsirləndirilən şəxs həmin pulu ələ keçirmək qərarına gələrək, ondan 300 manat pulu şəkil çəkmək adı ilə aldadaraq alıb. Sonra Vüqar avtomobili yolun kənarında saxlayıb, Qalibə maşının arxa yük yerini bağlamasını bildirib. Qalib isə özünə məxsus 200 manat dəyərində "Samsung A50” markalı mobil telefonu avtomobilin qarşı oturacağının üzərinə qoyub. Zərərçəkmiş avtomobildən düşəndə Vüqar nəqliyyat vasitəsini idarə edib hadisə yerindən uzaqlaşıb. Hadisədən sonra Vüqar İbrahimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see194

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see159

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see132

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see130

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see130

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see129

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see129

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see127

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see127

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see126

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see125

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see123

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see123

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see122

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see121

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see121

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see119

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see118

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri