Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“Dil uzadanlarla elə davranılmalıdır ki, bir daha hədlərini aşmağa cəsarət etməsinlər”

“Dil uzadanlarla elə davranılmalıdır ki, bir daha hədlərini aşmağa cəsarət etməsinlər”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırov "Yeni Sabah"a müsahibəsi:

- Son həftələrdə Şah İsmayılın həyatı, kimliyi, şəxsiyyəti ilə bağlı səsləndirdiyi fikirlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra yaranıb. Ərdoğan Şah İsmayılın Türkiyə tarixinə olan təhlükəsindən söz açarkən, bu söhbət daha çox Azərbaycanda gündəm oldu və Şah İsmayılla bağlı fərqli və ziddiyyətli fikirlər səsləndirilməyə başlandı.

Əvvəla, Ərdoğanın Şah İsmayılla bağlı fikirləri həm Türkiyə ictimaiyyəti üçün nəzərdə tutulub, həm də İslam dünyasının, xüsusən də sünni icmasının diqqətini özünə cəlb etmək məqsədini daşıyır. Bilirik ki, hazırki Türkiyə hakimiyyət rəftarı göstərir ki, özünü Osmanlı imperiyasının varisi hesab edərək, o, köhnə mənəvi gücünü, bir növ, müxtəlif məntəqələrdə bərpa etmək istəyir. Bu baxımdan təbiidir ki, vaxtaşırı ərəb ölkələrində öz nüfuzunu qoruyub-saxlamaq üçün bu tip mesajlar vermək məcburiyyətindədir.

Onu da deyək ki, ərəb dünyasında nüfuzlu lider boşluğu var deyə, Ərdoğan kimi şəxs xüsusən islamçıların diqqətini özünə çəkmək cəhd edir. Təbii ki, bu fikirlər ölkəmizdə birmənalı qarşılanmadı. Müxtəlif dövlət, ictimai və siyasi xadimlərin böyük əksəriyyəti bunu tənqid etdi. Yalnız bir zümrə var ki, onlar bu fikrə qatıldılar. Bu zümrənin çıxışları ölkədə birmənalı qarşılanmır.

Bunun üçün misal çəkməyə məcburam. Misal üçün, bir müddət öncə, Azərbaycanda olan sələfilərin başçılarından biri, Şah İsmayılla bağlı “zındıq” ifadəsini işlətmişdi. Bu sözün Azərbaycanda dilində elmi tənqid deyil, təhqir yükü var. Bu ritorika bir qisim insanlara qəribə gələ bilər, amma mənə qəribə deyildi. Çünki mən bir şərqşünas olaraq bu ritorika ilə yaxından tanışam. İŞİD terror təşkilatının Suriya və İraqda fəal olduğu dövrdə, onların səsli müraciətlərini izləsəniz, bu terror təşkilatı İraq və Suriya ordularını “Səfəvi ordusu” kimi qələmə verirdi. Onlar bununla bir növ məzhəb nifrətini yayaraq, öz amallarına nail olmaq istəyirdilər. Bu, bizim üçün də təsadüfi deyildi ki, Şah İsmayılın ünvanına səsləndirilən “zındıq” kəlməsi İraqda mövcud olmuş İŞİD terror təşkilatının ritorikasının sanki Azərbaycandakı nüsxəsiı idi. 

- Tarixçi həmkarınız Nigar Gözəlova deputat Fazil Mustafanın "tarixi qeydləri" barədə şərhində bildirib ki, Səfəvi-Osmanlı müharibələri ilə bağlı Qərb tarixşünaslığında fundamental araşdırmalar demək olar ki, yoxdur. Halbuki Azərbaycanda bu mövzuda ciddi tədqiqatlar aparılıb. Amma görünən odur ki, deputatımız üçün bu əsərlərin elmi dəyəri yalnız kənardan, xüsusən də Qərbdən təsdiq olunarsa, əhəmiyyət kəsb edir. Bizim tarixçilərin illərlə çəkdiyi zəhmət yetərli sayılmır — öz tariximizə inanmaq üçün əvvəlcə onu Qərbdən eşitməliyik". Bu rəylə şəriksinizmi?

- Səfəvi imperiyası bu regionda iqtisadi-siyasi, hərbi güclə yanaşı, böyük bir mədəniyyət cərəyanını yaratmış imperiyadır. Şah İsmayılın yaratdığı dövlət o qədər parlaqdır ki, təkcə Azərbaycan deyil, bir çox dövlətlər də özünü onun varisi hesab edir.

Şah İsmayıl şəxsiyyətini və Səfəvi dövləti mirasını Azərbaycan tarixindən silib atmaq istəyənlərlə bağlı maraqlı bir məqam var. Onlardan soruşanda ki, bu sərkərdələri Azərbaycan tarixindən silib atmaqla, onların yerini kimlərlə doldura bilərsiniz? Uzun Həsəni və Nadir şahı misal gətirirlər. Adı çəkilən zümrənin çıxışlarında da bu yer alıb.

Amma maraqlı budur ki, müqayisə edəndə görürük ki, Şah İsmayılın ədəbiyyatımıza töhfələrini, sərkərdəlik məharətlərini və hökumdarlığını görməzdən gələrək, məhz dini-məzhəbi tərəflərinə fokuslanıb, Azərbaycan tarixindən silmək cəhdlərinin şahidiyik. Bu əsla obyektiv addım ola bilməz. Şah İsmayıl və Səfəvi dövləti bütün parlaqlığı və eyibləri ilə bizimdir.

Bu gün monqol milləti dünyanın ən qəddar şəxsi olan Çingiz xanı yenə də öz dövlətçilik tarixinin mərkəzinə qoyur və onunla fəxr edir. Əgər bu gün Azərbaycanda 1 nəfər durmadan Şah İsmayılı tənqid edirsə, o anlamır ki, özünün danışdığı ana dilinin formalaşmasında həmin şəxsiyyətin nə qədər böyük rolu olub. 

- Tarixlə bağlı qeyri-peşəkar yanaşma ilk dəfə deyil. 2023-cü ildə BDU-da Nadir şahla bağlı müzakirə zamanı Şərqşünaslıq fakültəsinin türkologiya kafedrasının müdiri Rüfət Rüstəmov bildirib ki, Nadir şah gədəbəylidir. Arxelogiya Etnoqrafiya və Antropoloya institiutunun şöbə müdiri Güllü Yoloğu isə demişdi ki, Nadir Şah ayrım tayfalarındadır. Vaxtilə AMEA-da elmi işçi olmuş Tarixçi Yunus Oğuz isə iddia edib ki, Nadir şah Tovzulu və hətta mərhum deputat Qənirə Paşayevanın qohumudur... 

- Azərbaycan səfəvişünaslığında eyib və iradlar mövcuddur. Amma bununla yanaşı, Azərbaycan səfəvişünasları Oqtay Əfəndiyev və hazırda həyatda olan səfəvişünasların bir çox gözəl əsərləri var. Hazırda bir çox Səfəvi dövründə yazılmış kitabların bir çoxu Azərbaycan dilinə tərcümə edilib və edilir.

“Nadir şah filan rayondandır”, “Şah İsmayılın babası filan rayondandır” kimi bəyənatlar mövzu ilə bağlı qeyri-ciddiliyi göstərir. Mövzu ilə bağlı ciddi olmaq alimlərə xas olan məsələdir. Alimlər isə Səfəvi qaynaqlarını yaxşı oxuyub-araşdıran şəxslərə deyilir. Amma bunun üçün də həm klassik fars, həm də klassik ərəb dilini yaxşı bilməli, xüsusən də ilahiyyat sahəsinə də bələd olmalıdır. Məhz bu qaynaqları oxuyandan sonra daha ciddi bəhslər etmək mümkündür.

- Səfəvilərlə bağlı bu qədər neqativ fikirlər səsləndirilir, amma tarixin mühakiməsi başqa xalqlar da aparılır. Məsələn, bir müddət öncə BBC-nin Özbək Xidməti Teymurun Çingiz xandan daha qəddar olması ilə bağlı müzakirə aparmışdı. Bu nümunəni bir sıra başqa toplumların timsalında da göstərə bilərik? Sizcə Azərbaycanda Səfəvilərlə bağlı öztənqid düzgün və obyektiv formadadırmı?

- Təbii ki, özünütənqid mühiti insanın inkişafına səbəb olur. Əks təqdirdə durğunluq yaranır və passivləşir. Birinci növbədə özünütənqid mühitinə obyektiv mövqeyi olmayan insanlar buraxılmamalıdır. Yaxud o insanlar o qədər qınanmalıdır ki, həmin insanlar özünütənqid mühitindən istər-istəməz çıxsınlar.

Əgər bu gün Azərbaycanda hər hansı bir zümrə Şah İsmayılın dini-məzhəbi baxışlarına görə, Azərbaycan dövlətçiliyi tarixindən silib atmaq üçün müxtəlif fikirlər, təhqirlər edirlərsə, Şah İsmayılın Azərbaycan dilinə verdiyi töhfələri unudurlar. O qədər insafsızdırlar ki, Şah İsmayılın bu gün əlimizə gəlib çatmış gözəl türk dilinin Azərbaycan şivəsinin yaranması və inkişafındakı rolunu görməzdən gəlirlər. Şah İsmayıl Xətainin, İmadəddin Nəsiminin və Məhəmməd Füzulinin dilimizin formalaşında əvəzsiz rolu olub. Adını çəkdiyim zümrə Şah İsmayılın yalnız dini və məzhəbi görüşlərinə fokuslanaraq, Azərbaycan dilinə olan töhfələrini görməzdən gəlirlərsə, obyektiv ola bilməzlər. Bu insanlar ümumiyyətlə özünütənqid mühitinə buraxıla bilməzlər. Ona görə də, bu məsələdə nəinki Azərbaycan elmi camiəsi və səfəvişünaslar, ümumiyyətlə bütün insanlar Azərbaycan tarixi şəxsiyyətlərinə bu tip dil uzadanları zamanında qınamalıdılar. Elə şəkildə davranılmalıdır ki, onlar bir daha belə həddini aşıb belə cəsarətlərə yol verməsinlər. Hətta mən deyərdim ki, lazım olarsa, bu hüquqi müstəvidə də öz həllini tapmalıdır.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:310
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri