Icma.az
close
up
RU
MUŞTULUQ: iki kitab oxuyan gördüm... KÖŞƏ

MUŞTULUQ: iki kitab oxuyan gördüm... KÖŞƏ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əvvəl gözlərimə inanmadım, lakin diqqət edəndən sonra... Muştuluğumu verin, metroda qatarın mən olduğum vaqonunda bir yox, iki nəfər kitab oxuyurdu. Şükürlər etdim. Və bu mənzərə qarşısında getdim o illərə...

Bəzən kitab oxuduğumuz o illərin o unudulmaz günlərini elə həsrətlə xatırlayıram ki... Nə qədər kitab oxuyurdıq, İlahi... Günlərimiz kitabxanalarda keçirdi. İki gündən, üç gündən bir kitab alıb evə gətirirdik. Bizə hansısa bir iş tapşıran valideynlərimizdən oğurlanıb mütaliə edirdik. Dərslərimizi hazırladıqmı, işimiz gizlində-aşkarda, orada-burada ancaq kitab oxumaq olurdu. Kitablar da o qədər maraqlı idi ki, bitirmədən gözümüzə yuxu getmirdi. Dəfələrlə “Ay bala, o işığı söndürün, yatın, ta gecdir”,-deyən ata-anamıza hər dəfə “Yaxşı, indicə söndürürük”,-deyərək gecə yarısı kitabı bitirib, sabah yenə kitabxanaya gedir, yeni kitablar alırdıq. Desəm ki, kitabxanalarda ta oxunmamış kitab qoymamışdıq qala, ucadan gülənlər olacaq. Qoy olsun. Ancaq, vallah, belə idi.

Bir də ki, bizim dünənimizə kimsə gülərsə, biz nə yaxşı onun bu gününə gülməyək?.. Biz gözümüzü kitabdan ayırmırdıq, onlar telefondan ayırmır. Bizə “Ay bala, bu qədər kitab gözlərinizi kor edəcək” deyirdilər, onlara “bu telefonlar gözünüzü kor edəcək” deyirlər. O vaxt əksəriyyət başı aşağı kitab oxuyurdu, indi haradayıqsa- evdə, küçədə, nəqliyyatda, orada əksəriyyətin başı aşağı, gözü telefondadır. Yaxşı, biz kitab oxuyurduq, bəs onlar nə edir başı aşağı? Vallah, düzü, bilmirəm günün bu qədər saatını orada nə axtarırlar. Ancaq həqiqətən çox maraqlıdır nə axtardıqları. Axşamadək barmaqlar bir saniyə dincəlmir: axtarır, yazır, pozur... Bircə onu bilirəm ki, barmaqlar nə qədər işləyirsə, beyin bir o qədər yorğun düşür. Lakin kitab oxuyarkən beyin dincəlir, zehin açılır.

Mətləbdən uzaqlaşmayaq. Metroda son vaxtlar görmədim mənzərə, eyni vaqonda iki nəfəri kitab oxuması məni o qədər heyrətləndirdi ki, tanış adam axtarırdım ki, bu münasibətlə ondan muştuluq istəyim. Lakin tapa bilmədim və yenidən xəyala daldım: o vaxtlar elə bu metroda kitab oxuyanlar çox idi. Nə oldu görəsən, niyə kitablar qatlanıb bir kənara atıldı? Bir andaca kitabların o möhtəşəm ətri gəldi burnuma. Harada qaldığımızı bəlli etmək üçün qatladığımız səhifələr... Saxlanc yerimiz olan səhifələr... Orada saxladığımız şəkillər, quruyub səhifələrin arasında özünə yer edən xatirələr dolu güllər... Bəlkə indi də hansısa kitabxanada kitabların arasındaca qalır onlar. Kitabxanalarda digər “yaşayanlar” kimi.

Görəsən niyə kitabları telefonlara dəyişdik? Telefonlar da o kitablar kimi saxlanc yeri ola biləcəkmi? Yəni içindəki minlərlə şəkilləri, xatirələri əbədi saxlaya biləcəkmi? Yoxsa bir an internet itərsə, şəkillər də, xatirələr də itəcəkdir. Ən əsası isə görəsən kitabların insana verdiklərini 100 il bundan sonra telefonlar verə bilərmi?

Elə bu düşüncələrlə o illərlə bu illər arasında var-gəl edərkən qatar stansiyaya çatdı, gənclər kitablarını çantalarına qoyub ayağa qalxdılar. Bu, çox gözəl bir mənzərə idi. Çox qısa çəksə də, həqiqətən, gözəl mənzərə...

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri