Icma.az
close
up
RU
Bostan KÖŞƏ

Bostan KÖŞƏ

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda futbol mövsümünün ilk yarısını bir sözlə ifadə etməli olsaq, "Bostan" deyib susa bilərik. Dördüncü turdan sonra "Futbol+" qəzeti yazırdı:

"Quba Olimpiya İdman Kompleksinin ot örtüyü, demək olar ki, istifadəyə yararsızdı. Odu ki, Misli premyer-liqasının 4-cü turunda keçirilən "İmişli" - "Sumqayıt" matçından sonra nəinki “Sumqayıt”ın baş məşqçisi Saşa İliçin, Jorj Kaşkilyanın da qazona görə gileylənməsi əbəs deyil. Bu məsələylə bağlı klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudludan açıqlama aldıq: “Stadionun ot örtüyü ilə bağlı lazımi tədbirlər görüləcək. Nəzərimizdədi".
Quba Olimpiya Kompleksi çox əladı. Stadion da, meydança da kənardan pis görünmür. Amma sən demə, bu boyda kompleksi quranlar qazona drenaj sisteminin lazım olduğunu bilərəkdən və ya bilməyərəkdən unudub... Bəlkə də vəsait çatmayıb, büdcə az imiş, bu, başqa araşdırma mövzusudu. Fakt budu ki, Quba stadionunun ot örtüyü tam dəyişilməli, yenidən qurulmalıdı. Çünki bura normal səviyyədə futbol matçlarının keçirilməsinə yararlı deyil. Qəribədi ki, "Google maps" sanki süni intellekti ilə bunu hiss edir və buranın adi futbol yox, Amerika futbolu üçün meydança olduğunu göstərir.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas az qala hər tur meydançaların keyfiyyətindən şikayət edir. Kurban Berdıyev də Tovuz stadionunun təbii, Rəşad Sadıqov Yevlaxın süni ot örtüyündən gileylənir. Kaxaber Sxadadze Şamaxıdakı süni meydançanın bərbad durumuna görə orda topun hərəkət etməməsindən narazıdı. Sanki ölkədə bu işləri peşəkarlar yox, "Bostan" xiyar turşusunu istehsal edənlər görür.
Məsələn, sanitar qovşağı vağzallardakından daha bərbad durumda olan Yevlax stadionunda ("stadion" demək olarsa…) premier-liqa oyunlarının keçirilməsinə necə icazə verildiyi müəmmalıdı.
"Karvan-Yevlax"ın rəsmi saytında klub haqda ilk cümlə belədi:
"Karvan Futbol Klubu – Azərbaycan futboluna dəyər qatan, peşəkarlığı və azarkeş sevgisi ilə seçilən bir komandadı”.
Bu peşəkarlığın təcəssümü kimi indi "Karvan" adlana bilməyən komandanın mövsümün əvvəlində müqavilə bağlayıb bəh-bəhlə təqdim etdiyi braziliyalı David Oliveyra çox keçmədən gəldiyi Maltaya döndü. Səbəb çox gülüncdü: Yevlax təmsilçisi 12 legioner limitini keçdiyini unudub və 13-cü legionerə görə AFFA-ya ödəməli olduğu rüsüma görə futbolçunu sifariş etməyib...
Elitaya dönən klubun hələ də kağız üzərində baş məşqçisi müqavilə ilə ödənilməli olan məbləği verməkdən imtina edilərək uzaqlaşdırılan, bu səbəbdən müqaviləsinə xitam verə bilmədikləri Azər Haşımov, faktiki baş məşqçisi isə Füzuli Məmmədovdu. Klubun vitse-prezidenti Kənan Kərimov ehtiyat oyunçular skamyasında əyləşir və əvəzetmələr vaxtı nömrələri daxil edib elektron lövhəni göyə qaldırır. Klubun mətbuat katibi Bəhruz Musayev stadionda diktorluq edir. Yevlax stadionun girişindəki şir də sanki burda başverənlərə baxıb qorxub, gözü kəlləsinə çıxıb.
İmişlidə normal stadion ola-ola, oyunlarını gah Şamaxıda, gah da Qubada keçirən şəhərin eyniadlı klubunun rəhbərliyinin məqsədi nədi - bilinmir. Eyni sözlər naxçıvanlı azarkeşlərin doğma yurdda görmək üçün gözləməkdən gözlərinin kökü saraldığı "Araz-Naxçıvan"a da aiddi. Ümumiyyətlə, son hadisələrdən sonra "Araz-Naxçıvan", "Karvan-Yevlax" və "İmişli"nin aqibəti necə olacağı hələ ki bilinmir...
Bir çox klubda durum qeyri-müəyyəndi. Məsələn, 1-ci Liqa təmsilçiləri "Mingəçevir"lə "Səbail"i nümunə göstərmək olar.
Odu ki, premier-liqaya qayıtmağı məqsəd qoyan "Səbail"in özündən dəfələrlə zəif, aşkar autsayder "Şimal"la oyunda ilk hissədən sonra 1:0 öndə olduğu halda, 17 dəqiqəyə 4 qol buraxması (11 tura 6 qol vuran komandadan) gözlənilməz deyil...
ANAR ŞABANOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri