Icma.az
close
up
RU
Mütəllim Rəhimli Meydan Babayevə cavab verdi: Onlar 3 4 nəfərdirlər!

Mütəllim Rəhimli Meydan Babayevə cavab verdi: Onlar 3 4 nəfərdirlər!

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. Partiya sədrinin səlahiyyətlərini icra edən Ali Məclis sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib. Maraqlıdır ki, sədr müavini Mütəllim Rəhimli bundan öncə mətbuata verdiyi açıqlamalarda Ali Məclisin səlahiyyətlərinin bitdiyini qeyd etmişdi. Buna baxmayaraq, Meydan Babayevin sədrliyilə Ali Məlcis Mütəllim Rəhimlinin partiyadan uzaqlaşdırılması barədə qərar verib.

Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, siyasi təfəkkürlü adamların belə addım atmları təəssüf doğurur:

"Bu qərarın heç bir əsası yoxdur, özfəaliyyətdən başqa bir şey deyil. Kimsə oturub qohum-əqrəbasını başına yığıb mənimlə əlaqədar qərar verəcəksə, onun nə təsiri ola bilər? Sadəcə siyasi təfəkkürlü adamların bu cür addım atması təəssüf doğurur. İnsan ona təəssüf edir ki, bizim üçün ali dəyərlər ayaqlar altına atılıb. O toplantıda iştirak edənlərin 90 faizi partiya üzv deyil. Bəzi sifətləri gördüm, onlar indiyə qədər bir neçə partiyanı dağıdaraq ora gəlib çıxıblar. Görünür növbəti missiya Ədalət Partiyasını dağıtmaqdan ibarətdir. Siyasi Şuranın səlahiyyəti aprelin 19-da sonlandırılıb, necə qərar verə bilər? Hətta Siyasi Şuranın səlahiyyəti bitməsə də, onun ən azı 6 üzvü toplanmalıdır ki, qərar verilsin. Amma bunlar ömür boyu 6 üzvü toplaya bilməyiblər. Bu özü də qanunsuzdur. Nizamnamədə göstərilib ki, partiya üzvlüyündən xaric edilməsi məsələsinə rayon təşkilatı baxır. Mənim fəaliyyətimə hansı rayon təşkilatı baxıb? Mən beşinci gün onlarla görüşmüşəm. Bir çox insanların başını aşağı dikdiyini gördüm. Kiminsə sanki təhriki və məcburiyyəti ilə bu addımı atırlar, insanın üzünə də baxa bilmirlər. Mənim ürəyim ağrıdı ki, belə adamlar var".
M.Rəhimli deyib ki, mayın 17-də Ədalət Partiyasının qurultayı keçiriləcək. 
"Bütün rayon təşkilatları da bunu bilir və hazırlıq işləri gedir, artıq nümayəndələrin seçilməsi prosesi başlayıb. Bəs bunlar kimi seçəcəklər, qohum-əqrəba ilə partiya olmur axı. Ofisin qıfılını da onlar dəyişiblər və hesab edirlər ki, ofis kimdədirsə, partiyaya nəzarət də ondadır. Təbii ki, gülünc düşüncədir. Ədalət Patiyasının rayon təşkilatları üsyankar əhval-ruhiyyədədir, bunu pisləyir və lənətləyirlər. Bunlar partiyaya yaraşan şeylər deyil və o adamların partiya adından danışmaq haqqı yoxdur. Onlar 3-4 nəfərdirlər, bu haçalanma deyil, sadəcə kiçik bir qopmadır, nə vaxt istəyirlər qopsunlar. Partiyanın rayon təşkilatlarından heç biri bunların yanlarında deyil. Qohumlarını, dostlarını hansısa rayon təşkilatının sədri kimi təqdim edə bilərlər, amma bu ayıbdır. Bizim 20 ildən çoxdur ki, rayon təşkilatının sədrləri, üzvlərimiz var".

M.Rəhimli həmin adamların partiyadan uzaqlaşdırılıb-uzaqlaşdırılamayacağı ilə bağlı məsələyə də toxunub:

"Onların partiyadan kənarlaşdırılması ilə bağlı qərarı mən vermirəm. Bununla bağlı Mərkəzi Nəzarət Təftiş Komissiyası qərarını açıqlayıb, bu cür hərəkətlərə son qoyulması üçün xəbərdarlıq edib. Mənim partiyadan kənarlaşdırılmağımla bağlı qərarı ciddiyə almıram. Sadəcə olaraq gülməyim gəlir ki, sizin həyatda probleminiz Mütəllim Rəhimlidir. Nə etmək istəyirsiniz, başqa işiniz-gücünüz yoxdurmu? Pariyanın minlərlə üzvü var, niyə mənim üstümə düşmüsünüz? Bütün partiya üzvləri buna əsəbi yanaşırlar, amma mən həqiqətən gülümsəyərək baxıram. Onların bu addımını acizlik olaraq görürəm". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri