Icma.az
close
up
RU
Mütəllim Rəhimli Ədalət Partiyasından çıxarıldı

Mütəllim Rəhimli Ədalət Partiyasından çıxarıldı

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət Partiyası Ali Məclisinin iclası keçirilib, Mütəllim Rəhimlinin təşkilatdan çıxarılması barədə qərar qəbul olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, partiya sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin sədri Meydan Babayev gündəlikdə olan məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması, partiya daxilində yaranmış vəziyyət və gələcək hədəflərdən bəhs edib.

Ali Məclisin qərarına əsasən, Ədalət Partiyasının qurultayı mayın 31-də keçiriləcək.

İclasda son vaxtlarda partiya daxilində yaranmış vəziyyət müzakirə olunub. Həmçinin Mütəllim Rəhimlinin iştirakı ilə onun son aylarda partiya daxilində subardinasiyaya əməl etməməsi, partiya daxilində regionçuluq təbliğatı aparması, nizamnaməyə zidd Ali Məclisin iclasını çağırması, bu struktur sədrinin səlahiyyətlərini mənimsəməsi, Ali Məclisin üzvü olmaya-olmaya iclası aparması, sədrin nizamnaməyə uyğun tətbiq etdiyi veto hüququna məhəl qoymaması halları gündəmə gətirilib. Eyni zamanda uzun müddət partiyanın təşkilatlanma prosesinin qarşısını məqsədyönlü şəkildə alaraq, nizamnaməni kobud şəkildə pozduğu qeyd olunub.

Törədilən nizamnamə pozuntularının ağır xüsusiyyətləri nəzərə alınaraq, Siyasi Şurada Mütəllim Rəhimli Ədalət Partiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul olunub.

Qərar M.Babayevin təklifi ilə Ali Məclisin iclasında səsə qoyulub və dəstəklənib.

Xatırladaq ki, Mütəllim Rəhimli 1994-cü ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü, 1995-ci ildən Mətbuat xidmətinin rəhbəri olub. Mətbuat xidmətinin rəhbəri olduğu dövrdə - 1998-ci ildə media ADP-ni “İlin partiyası” elan edib. 2000-ci ildə Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası ayrıldıqdan sonra Ədalət Partiyasına keçib və Təşkilati məsələlər üzrə sədr müavini olub. İndiyədək bu vəzifəni yerinə yetirirdi.

Qeyd edək ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar iclas keçirərək birləşiblər. İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olub. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı keçirib. İ.İsmayılov sədr seçilib.

İ.İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib.

Hazırda siyasi təşkilatın rəhbəri vəzifəsi boşdur. Partiya qurultay keçirib yeni sədr seçməlidir. Amma bu məsələ partiyada ciddi fikir ayrılığı və qarşıdurma yaradıb.

Partiyanın sədr müavini Mütəllim Rəhimli qurultayın keçirilməsini istəyir, Ali Məclisin sədri Meydan Babayev buna qarşı çıxır. Tərəflər bir-birinin qərarlarını tanımır.

İndiyədək dörd nəfər - Mütəllim Rəhimli, Meydan Babayev, partiya sədrinin hümanitar məsələlər üzrə müavini Vüsalə Dadaşova və Ali Məclis sədrinin birinci müavini Elçin Qurbanov liderlik iddiasını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri