Icma.az
close
up
RU
Mütərəqqi islahatlar, reallaşan məqsədlər

Mütərəqqi islahatlar, reallaşan məqsədlər

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasim ölkəmizin idman həyatında əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edərək çıxış etdi və həm görülən işlərlə, həm də qarşıdakı hədəflərlə bağlı fikirlərini bölüşdü. Cənab Prezidentin nitqi bir daha göstərdi ki, Azərbaycanda idman yalnız yarış meydanlarında qazanılan nəticələrdən ibarət deyil, dövlət siyasətinin, gənclərin tərbiyəsinin və ölkənin beynəlxalq imicinin mühüm tərkib hissəsidir.

Cənab İlham Əliyev qeyd etdi ki, ənənəvi olaraq hər ilin sonunda idman ictimaiyyəti bir araya gələrək görülən işləri müzakirə edir, fərqlənən idmançıları və mütəxəssisləri mükafatlandırır. Bu dəfə də istisna olmadı. 2025-ci il Azərbaycan idmanı üçün rekordlarla yadda qaldı: beynəlxalq yarışlarda 2000-dən çox medal, onlardan isə təqribən 600 qızıl medal qazanıldı. Bu göstəricilər təsadüfi deyil, illər boyu həyata keçirilən ardıcıl və düşünülmüş idman siyasətinin məntiqi nəticəsidir.
Prezident vurğuladı ki, idmanın inkişafı Azərbaycanda dövlət siyasəti səviyyəsində həyata keçirilir. Müstəqilliyin ilk illərindən başlayaraq ölkədə idman infrastrukturu faktiki olaraq sıfırdan quruldu və bu gün dünya standartlarına cavab verən müasir komplekslər regionlarımızın əksər hissəsində fəaliyyət göstərir. Təkcə bu il Gəncə və Yevlax şəhərlərində iki yeni Olimpiya İdman Kompleksi istifadəyə verildi və beləliklə, ölkə üzrə belə komplekslərin sayı 46-ya çatdı. Bu infrastrukturun yaradılması həm idmançılar üçün geniş imkanlar açır, həm də gəncləri sağlam həyat tərzinə cəlb edir.
Nitqində cənab İlham Əliyev idmanın təkcə fiziki sağlamlıq deyil, həm də mənəvi tərbiyə baxımından mühüm rolunu xüsusi qeyd etdi. Sağlam, vətənpərvər və məsuliyyətli gənclərin yetişməsi Azərbaycanın gələcəyinin əsas təminatıdır. Gənclərin fiziki hazırlığı ilə mənəvi saflığının vəhdəti yalnız idmanla məşğul olmaqla möhkəmlənir. Dövlət başçısı xatırlatdı ki, hər dəfə bayrağımız beynəlxalq arenalarda qaldırıldıqda hər bir azərbaycanlı qürur hissi keçirir və bu, həm də idmançıların üzərinə daha böyük məsuliyyət qoyur. Xüsusilə 5 il əvvəl qazanılan Qələbə idmançıları yeni qələbələrə ruhlandırır.
Prezident çıxışında Azərbaycanda keçirilən beynəlxalq idman tədbirlərinin əhəmiyyətinə də toxundu. Üçüncü MDB Oyunlarının Bakıda deyil, əsasən bölgələrdə – o cümlədən, Gəncədə, xüsusilə Xankəndidə keçirilməsi Azərbaycanın təşkilatçılıq imkanlarını bir daha nümayiş etdirdi. Qonaqlar yaradılan şəraitdən, göstərilən qonaqpərvərlikdən məmnun qaldı və bu yarışlarda ölkəmiz komanda hesabında ikinci yeri tutdu.
Bu il ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin Bakıda keçirilməsi də idman tariximizdə mühüm hadisə kimi dəyərləndirilir. Dünyanın ən populyar yarışlarından sayılan UFC turnirinin Azərbaycana gətirilməsi ölkəmizin nüfuzunun və idman infrastrukturu imkanlarının göstəricisidir. Eyni zamanda, artıq ənənəyə çevrilmiş Formula-1 yarışı ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynayır. Turist axınının artması, şəhərin gözəlliyinin milyonlarla tamaşaçı tərəfindən izlənməsi ölkənin imicinin möhkəmlənməsinə xidmət edir.
Prezident həmçinin vurğuladı ki, yaxın illərdə Azərbaycanda idmanın coğrafiyası daha da genişlənəcək. İlk dəfə olaraq Qusarın Şahdağ Xizək Mərkəzində Xizək üzrə Dünya Kubokunun keçirilməsi planlaşdırılır. Şahdağda yaradılan müasir infrastruktur yalnız idmana deyil, turizmin inkişafına, minlərlə yeni iş yerinin açılmasına da səbəb olur.
Ölkə üzrə yolların, dəmir yollarının, hava limanlarının, eləcə də Qarabağ və Şərqi Zəngəzurda görülən böyük infrastruktur layihələrinin idmanın inkişafına göstərdiyi təsir də xüsusi vurğulandı. Artıq Suqovuşan və Köndələnçay su anbarlarında yarışlar keçirilir, gələcəkdə Sərsəngdə də beynəlxalq turnirlərin təşkili nəzərdən keçirilir. Bu isə Azərbaycanın idman xəritəsini daha da genişləndirir.
2025-ci ildə Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi isə görülən işlərə verilən yüksək qiymətin bariz ifadəsidir. Bu status təkcə fəxarət deyil, həm də məsuliyyətdir və ölkə rəhbərinin sözlərinə görə, Azərbaycan bu adı ləyaqətlə daşıyacaq.
Mərasimdə ənənəyə uyğun olaraq il ərzində yüksək nəticələr göstərən idmançılar, məşqçilər və idman mütəxəssisləri mükafatlandırıldı. Bu, dövlətin idmançılara verdiyi dəyərin təzahürü olmaqla yanaşı, yeni nəsil üçün də stimuldur. Sonda Prezident İlham Əliyev idman ictimaiyyətini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, yeni qələbələr və uğurlar arzuladı. Bu çıxış bir daha göstərdi ki, Azərbaycanda idman yalnız stadion və arenalarla məhdudlaşmır, milli inkişafın, gənclərin tərbiyəsinin və ölkənin beynəlxalq nüfuzunun mühüm dayağıdır.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see212

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see178

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see169

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see149

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see132

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri