Icma.az
close
up
RU
Əsrin müqaviləsi , mütərəqqi islahatlar İqtisadiyyatımızı dirçəldən LİDER

Əsrin müqaviləsi , mütərəqqi islahatlar İqtisadiyyatımızı dirçəldən LİDER

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müstəqil Azərbaycanın müasir iqtisadi inkişaf strategiyasının banisi ulu öndər Heydər Əliyevdir. Bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də həyata keçirilən islahatlar bugünkü uğurların əsasını təşkil edir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Valyuta ehtiyatları mövcud deyildi"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı iqtisadiyyatımızın da inkişafında yeni mərhələnin əsasını qoydu:

"Ulu öndər Heydər Əliyevin bir ifadəsi var ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəldiyi illərdə Azərbaycan siyasi və iqtisadi tənəzzül dövrünü yaşayırdı. Bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə da ciddi çətinliklər mövcud idi. İqtisadi göstəricilər üzrə heç bir müsbət tendensiya yox idi. Əməkhaqları aylarla ödənilmirdi. Ölkənin valyuta ehtiyatları mövcud deyildi. Hətta ölkədə çörək belə tapılmırdı. Heydər Əliyevin rəhbərliyi ilə ölkəni iqtisadi böhrandan çıxarmaq, inflyasiyanı dayandırmaq üçün qabaqlayıcı addımlar atıldı".

"İnflyasiya 6.7 faizə endirildi"

Deputat Tahir Mirkişili qeyd edir ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizin tarixində dönüş nöqtəsi oldu: "Sənaye istehsalı 1990-1993-cü illər ərzində 60 faizdən çox azalmış, inflyasiya 1 700 faizə çatmış, milli valyutanın dəyəri kəskin şəkildə düşmüş, dövlət büdcəsi demək olar ki, tamamilə tükənmişdi. Birinci mərhələdə iqtisadi sabitləşdirmə tədbirləri həyata keçirildi. Makroiqtisadi dayanıqlığın təmin edilməsi, inflyasiyanın cilovlanması və milli valyutanın məzənnəsinin sabitləşdirilməsi prioritet istiqamətlər oldu. 1994-1995-ci illərdə sərt pul-kredit siyasəti, büdcə kəsirinin azaldılması və maliyyə intizamının gücləndirilməsi sayəsində inflyasiya səviyyəsi 1 700-dən 1996-cı ildə 6.7 faizə endirildi".

Özəl sektorun ÜDM-dəki payı yüksəldi

T.Mirkişili bildirir ki, ikinci əsas istiqamət bazar iqtisadiyyatına keçid üçün hüquqi və institusional bazanın yaradılması oldu. 1995-1998-ci illərdə 100-dən artıq qanun qəbul edildi ki, bunlar mülkiyyət hüquqlarını, azad sahibkarlığı, rəqabəti və xarici investisiyaları tənzimləyirdi: "Milli Bankın, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsinin yaradılması bazar mexanizmlərinin inkişafına təkan verdi. Üçüncü mühüm islahat istiqaməti özəlləşdirmə proqramı oldu. 1995-ci ildə qəbul edilən "Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" qanunla kiçik və orta müəssisələrin özəlləşdirilməsinə başlanıldı. 1998-ci ilə qədər 30 mindən çox kiçik müəssisə, 1 500-dən çox orta və iri müəssisə özəlləşdirildi. Proses nəticəsində 1996-2003-cü illərdə özəl sektorun ÜDM-dəki payı 40 faizdən 73 faizə yüksəldi".

"Əsrin müqaviləsi"nin iqtisadiyyatın dirçəlişindəki həlledici rolu

Deputatın sözlərinə görə, dördüncü əsas istiqamət neft strategiyasının hazırlanması və həyata keçirilməsi oldu: "1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" ölkə iqtisadiyyatının dirçəlişində həlledici rol oynadı. Bu müqavilə ilə Azərbaycan yeddi ölkənin 11 neft şirkəti ilə 30 il müddətinə əməkdaşlığa başladı. Növbəti illərdə 20-dən çox neft-qaz müqaviləsi imzalandı və xarici investorlar tərəfindən ölkə iqtisadiyyatına 60 milyard dollardan artıq sərmayə qoyuldu".

Keçmiş sovet məkanında ən radikal aqrar islahatlar

Millət vəkilinin sözlərinə görə, beşinci istiqamət kimi aqrar islahatları qeyd etmək lazımdır. 1996-cı ildə başlanılan torpaq islahatı keçmiş sovet məkanında ən radikal aqrar islahatlardan biri oldu: "Kolxoz və sovxozlar ləğv edildi, 1.3 milyon hektar torpaq əvəzsiz olaraq kəndlilərə paylanıldı, 3 600-dən çox fermer təsərrüfatı yaradıldı. Nəticədə 1998-ci ildən etibarən kənd təsərrüfatında illik artım 5-7 faiz təşkil etməyə başladı. 1996-cı ildən etibarən ÜDM artımı bərpa olundu. 1998-ci ildən başlayaraq, illik 10 faizə yaxın artım qeydə alındı. 2003-cü ilə qədər Azərbaycana 20 milyard dollardan artıq xarici investisiya cəlb edildi. 1995-2003-cü illər ərzində yoxsulluq səviyyəsi 60 faizdən 43 faizə endi. Azərbaycanın valyuta ehtiyatları 1.4 milyard dollara çatdı".

Beynəlxalq iqtisadi inteqrasiya

Ulu öndərin iqtisadi islahatlarında önəmli istiqamətlərdən birinin də beynəlxalq iqtisadi inteqrasiya olduğunu qeyd edən millət vəkilinin sözlərinə görə, Azərbaycan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi nüfuzlu maliyyə qurumları ilə əməkdaşlıq əlaqələri qurdu. TRASECA, INOGATE kimi regional layihələrdə fəal iştirak etməyə başladı: "Heydər Əliyevin ən böyük iqtisadi xidməti yalnız böhrandan çıxış strategiyasını hazırlamaq deyil, həm də ölkənin uzunmüddətli inkişaf konsepsiyasını formalaşdırmaq oldu. 1999-cu ildə onun təşəbbüsü ilə yaradılan Dövlət Neft Fondu neft gəlirlərinin şəffaf idarə olunması, "holland sindromu"ndan qaçılması və gələcək nəsillər üçün ehtiyatların yaradılması məqsədi daşıyırdı".

Dövlət gəlirlərimiz artdı

Milli Məclisin deputatı Vüqar Bayramov da bildirir ki, ümummilli liderin iqtisadi strategiyası dövlət gəlirləri kifayət qədər az olduğu bir zamanda mühümlüyü ilə diqqət çəkir: "Belə bir şəraitdə Ulu Öndər tərəfindən həyata keçirilən və əsası qoyulan iqtisadi strategiya ilk növbədə iqtisadiyyatın stabilləşməsi, inflyasiya səviyyəsinin tənzimlənən həddə qədər aşağı salınması, eyni zamanda dövlət gəlirlərimizin artırılmasına xidmət etdi. Bir tərəfdən ölkəyə daxil olan valyuta həcminin artması, digər tərəfdən dövlət gəlirlərimizdə artımları müşahidə etdik. "Əsrin müqaviləsi" həm neft strategiyasının əsasını müəyyənləşdirdi, həm də qeyri-neft sektorunun inkişafı baxımından yeni imkanlar yaratdı".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see167

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see159

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri