Icma.az
close
up
RU
Mütəxəssis Azərbaycan BƏƏ Birgə Biznes Şurasının əhəmiyyətindən DANIŞDI

Mütəxəssis Azərbaycan BƏƏ Birgə Biznes Şurasının əhəmiyyətindən DANIŞDI

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında biznes üzrə ekspert Elvin Dadaşsoy bildirdi ki, Azərbaycan ilə BƏƏ arasında imzalanmış bu Anlaşma Memorandumu ölkəmizdə sahibkarlıq mühitinin genişlənməsi və yeni ixrac imkanlarının açılması baxımından strateji əhəmiyyət kəsb edir:

"BƏƏ şirkətləri xüsusilə bərpa olunan enerji, logistika, turizm və aqrar sahələrə sərmayə qoymaq imkanına malikdir. Bu əməkdaşlıq yerli biznesin Körfəz ölkələri və daha geniş region bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, Azərbaycan məhsullarının regional, qlobal səviyyədə tanıdılması üçün əlavə platformalar yaradacaq. Memorandum çərçivəsində həyata keçiriləcək birgə layihələr, investisiya təşəbbüsləri və texnoloji transferlər sahibkarlarımızın rəqabət qabiliyyətini artıracaq, eyni zamanda qeyri-neft sektorunun inkişafına töhfə verəcək. Bu, həm də biznes mühitinin şəffaflığının, qarşılıqlı etimadın və investorlar üçün əlverişli şəraitin möhkəmlənməsinə xidmət edir".

Ekspert əlavə etdi ki, imzalanan memorandum Azərbaycanın iqtisadi tərəfdaşlıq dairəsinin genişləndirilməsi, ixrac potensialının artırılması və dayanıqlı inkişaf perspektivlərinin reallaşdırılması baxımından önəmli addımdır.

"Xüsusilə strateji sahələrdə əməkdaşlığın gücləndirilməsi ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlılığını təmin etməklə yanaşı, regionda iqtisadi inteqrasiyaya töhfə verəcək və yerli sahibkarlar üçün yeni investisiya imkanlarını açacaq", - deyə mütəxəssis vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri