Icma.az
close
up
RU
Mütəxəssis: Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçün vacib addımdır

Mütəxəssis: Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçün vacib addımdır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 avqust, AZƏRTAC

Bəzi hallarda talassemiyanın tam müalicəsi mümkündür, lakin bu, xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılıdır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabındakı canlı yayım zamanı nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova bildirib.

O deyib ki, hazırda yeganə tam sağaldıcı müalicə üsulu sümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır: “Bu prosedur uyğun donor tapıldıqda və xəstənin ümumi sağlamlıq vəziyyəti imkan verdikdə həyata keçirilir. Lakin hər xəstə üçün bu üsul mümkün olmur. Transplantasiya zamanı xərçəng müalicəsində istifadə olunan xüsusi dərmanlar və şüa terapiyası ilə xəstənin xəstə sümük iliyi tamamilə məhv edilərək, sağlam donorun kök hüceyrələri yeridilir. Bu, xəstəliyi tamamilə aradan qaldırmaq potensialına malik olsa da, ciddi risklər və ağır yan təsirlər səbəbindən yalnız xüsusi hallarda tətbiq edilir”.

Tünzalə Əhmədova diqqətə çatdırıb ki, əksər hallarda talassemiya xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və ağırlaşmaların qarşısını almaq üçün müntəzəm qan köçürmələri və dəmir yüklənməsinin qarşısını alan dərmanlarla (xelasiya müalicəsi) uzunmüddətli idarəetmə aparılır: “Müntəzəm qan köçürmələri qan səviyyəsini normal saxlamaqla anemiyanın ağır fəsadlarını azaldır və xəstənin ümumi sağlamlığını qoruyur. Lakin qan köçürmələri dəmirin bədəndə yığılmasına səbəb olur. Bu da ürək, qaraciyər və digər orqanlarda ciddi problemlər yarada bilər. Buna görə xelasiya dərmanları ilə dəmir yüklənməsi nəzarət altına alınır. Qeyd edək ki, xelasiya müalicəsi bədəndə artıq yığılmış dəmirin orqanlardan çıxarılması üçün tətbiq olunan xüsusi dərmanlarla aparılan terapiyadır”.

Mütəxəssis nikahdan əvvəl tibbi müayinənin gələcək ailənin sağlamlığı üçün vacib addım olduğuna da diqqət çəkib: “Bəzən insanlar zahirən özlərini sağlam hiss edirlər, lakin bəzi irsi xəstəliklərin daşıyıcıları olduqlarını bilmirlər. Məsələn, talassemiya kimi qan xəstəlikləri, adətən, gizli daşıyıcı formada olur və bu halda insanda heç bir şikayət görünməyə bilər. Amma hər iki tərəf eyni genin daşıyıcısı olduqda, onların övladlarında xəstəliyin ağır forması ilə doğulma ehtimalı yüksək olur. Qohum evliliklərində bu risk daha da artır, çünki eyni ailə genetik fonda oxşar mutasiyalara malik ola bilər. Nəticədə nadir xəstəliklərin belə iki tərəfdə eyni anda daşıyıcı olma ehtimalı yüksəlir. Tibbi müayinə və genetik analizlər evlilikdən əvvəl bu riski müəyyən etməyə, lazım gələrsə, həkim məsləhəti ilə sağlam nəsil planlaşdırmağa imkan verir”.

Tünzalə Əhmədova qeyd edib ki, nikahdan əvvəl müayinə sadəcə formal prosedur deyil, həm valideynlərin, həm də gələcək övladların sağlamlığı üçün məsuliyyətli seçimdir: “Bu müayinələr sayəsində erkən diaqnoz qoymaq və zəruri tədbirlər görmək mümkündür. Nəticədə həm fərdi, həm də cəmiyyət sağlamlığı qorunur, gələcəkdə xəstəliklərin yayılmasının qarşısı alınır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri