Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Subayların nəzərinə: Nikahdan əvvəl... Yeni qaydalar gəlir

Subayların nəzərinə: Nikahdan əvvəl... Yeni qaydalar gəlir

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər Türkiyədə müzakirə edilən “evlilik öncəsi psixoloji qiymətləndirmə” təşəbbüsü müasir ailə siyasəti baxımından olduqca аktual və diqqətəlayiq yanaşmadır. Araşdırmalar göstərir ki, boşanmaların əsas səbəbləri arasında emosional uyğunsuzluq, ünsiyyət problemləri, psixoloji yetkinliyin formalaşmaması, travmatik keçmiş təcrübələr və konfliktlərin idarə edilməsində zəiflik mühüm yer tutur.
Məsələ ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, nikahdan öncə psixoloji hazırlığın qiymətləndirilməsi preventiv mexanizm kimi mühüm rol oynaya bilər:
"Lakin burada əsas məqam ondan ibarətdir ki, bu proses “seçim və ya imtina aləti” deyil, maarifləndirici və dəstəkləyici mexanizm kimi qurulmalıdır. Yəni məqsəd insanların evlənməsinə mane olmaq yox, onların ailə həyatına psixoloji baxımdan daha hazırlıqlı daxil olmalarını təmin etməkdir. Doğru qurulduğu halda belə proqramlar tərəflərin gözləntilərini, ünsiyyət bacarıqlarını, konflikt həllini, emosional məsuliyyətini və ailə dəyərlərinə yanaşmasını daha aydın şəkildə ortaya qoyur"
O bildirib ki, beynəlxalq təcrübə göstərir ki, evlilik öncəsi psixoloji konsultasiya və qiymətləndirmə proqramları uzunmüddətli perspektivdə ailə münasibətlərinin davamlılığını artırır, boşanma riskini azaldır və ailədaxili zorakılıq hallarının qarşısının alınmasına töhfə verir:
"Xüsusilə Skandinaviya ölkələri, ABŞ və bəzi Avropa dövlətlərində tətbiq edilən “premarital counseling” modelləri bu baxımdan müsbət nəticələr göstərir.
Azərbaycanda bu yanaşmanın tətbiqi real və mümkündür. Lakin bu proses milli-mənəvi dəyərlərimiz, ailə modeli və sosial xüsusiyyətlər nəzərə alınmaqla formalaşdırılmalıdır. Mexaniki şəkildə xarici modellərin köçürülməsi düzgün olmaz. Burada hüquqi baza, etik prinsiplər, məxfilik qaydaları və peşəkar mütəxəssislərin iştirakı əsas şərtdir".
Onun sözlərinə görə, Psixologiya Elmi-Tədqiqat İnstitutu  hazırda bu istiqamətdə elmi əsaslı metodika üzərində çalışır:
"Bu metodika test xarakterli “etiketləmə” vasitəsi deyil, maarifləndirici və yönləndirici platforma kimi nəzərdə tutulur. Yəni nəticələr əsasında tərəflərə fərdi və ya cütlük şəklində psixoloji məsləhət, təlim və dəstək proqramları təklif olunur. Heç bir psixoloji test və ya qiymətləndirmə boşanmaların qarşısını tam şəkildə ala bilməz. Ailə münasibətləri dinamik prosesdir və davamlı psixoloji savadlılıq, qarşılıqlı hörmət və məsuliyyət tələb edir".
Psixoloq deyib ki, bu səbəbdən evlilik öncəsi qiymətləndirmə yalnız sistemli ailə siyasətinin bir hissəsi kimi effektiv ola bilər.
"Belə təşəbbüs düzgün elmi əsaslar üzərində qurularsa, peşəkar mütəxəssislər tərəfindən icra edilərsə və maarifləndirici mahiyyət daşıyarsa, Azərbaycanda da ailə institutunun möhkəmlənməsinə, boşanma hallarının azalmasına və cəmiyyətin psixoloji sağlamlığının gücləndirilməsinə ciddi töhfə verə bilər. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq bu sahədə elmi-tətbiqi modellərin hazırlanması və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində sistemli mexanizmlərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk", - deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Fevral 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri