Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Mütəxəssis: Qəhvəyi mərmər bağacığına qarşı ən səmərəli mübarizə mexaniki üsuldur

Mütəxəssis: Qəhvəyi mərmər bağacığına qarşı ən səmərəli mübarizə mexaniki üsuldur

Azertag saytına istinadən Icma.az xəbər verir.

Şəki, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəhvəyi mərmər bağacığına (Halyomorpha halys) qarşı ən effektiv mübarizə üsulu zərərvericinin qışlama dövründə həyata keçirilən mexaniki tədbirlər hesab olunur. Bu dövrdə zərərvericilər əsasən evlərin çardaqlarında, yardımçı tikililərdə, anbarlarda, təsərrüfat binalarında və digər qapalı məkanlarda gizlənirlər. Mexaniki mübarizə dedikdə, bu ərazilərdə bağacıqların əl ilə toplanması, tozsoran vasitəsilə yığılması, isti sabunlu və ya duzlu suda məhv edilməsi, həmçinin çardaqlarda təmizləmə və dezinfeksiya işlərinin aparılması nəzərdə tutulur. Bu üsul ekoloji cəhətdən təhlükəsiz, iqtisadi baxımdan sərfəli və populyasiyanın kütləvi artımının qarşısını alan ən səmərəli vasitədir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev deyib. Mərkəzin rəisi bildirib ki, 2022-ci ildən bu günədək Balakən və Zaqatala rayonlarında qəhvəyi mərmər bağacığına qarşı intensiv mübarizə tədbirləri aparılır. Lakin bütün səylərə baxmayaraq, zərərvericinin yayılma arealı ildən-ilə genişlənməkdədir. Bunun əsas səbəbi qonşu Gürcüstandan təbii miqrasiya, Gürcüstan vasitəsilə yük daşıyan nəqliyyat vasitələrinin daimi hərəkəti, bölgədə şimal-qərb küləklərinin hakim olması nəticəsində hava axını ilə kütləvi daşınma, eləcə də qışlama dövründə evlərdə aparılan mexaniki mübarizənin yetərsizliyidir.

Mütəxəssisin sözlərinə görə, bu amillər nəticəsində bağacığın hər il daha geniş ərazilərə yayılması müşahidə olunur. Məhz bu səbəbdən son iki ildə Şəki rayonunda da zərərvericinin yayılma səviyyəsini təyin etmək məqsədilə Aqrar Xidmətlər Agentliyi tərəfindən feromon tələlər və müşahidə stansiyaları quraşdırılıb.

Mərkəz tərəfindən aparılan mübarizə tədbirləri barədə məlumat verən Tələt Mehdiyev deyib: “Cari ildə də Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin mütəxəssisləri tərəfindən 1200 ədəd feromon tələ asılıb, 110 stansiya quraşdırılıb. Oktyabr ayınadək aparılan monitorinqlər nəticəsində tələ və stansiyalarda 583 ədəd qəhvəyi mərmər bağacığı aşkarlanıb. Oktyabr ayında Balakən və Zaqatala rayonlarında zərərvericinin qışlama məqsədilə kütləvi uçuşu, həmçinin Şəki rayonunun şimal-qərb küləklərinin təsiri altında yerləşməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti səbəbindən son dövrlərdə tələlərdə daha 6600 ədəd fərd aşkar edilərək mexaniki və kimyəvi üsullarla məhv edilib. Beləliklə, əvvəlki dövrləri də nəzərə almaqla, bu il ümumilikdə 7173 ədəd bağacıq aşkarlanaraq məhv olunub. Bu rəqəm növbəti vegetasiya mövsümü üçün ciddi xəbərdarlıq siqnalıdır. Çünki tələ və stansiyalarda bu qədər fərdin aşkar edilməsi, tələ quraşdırılmayan ərazilərdə bağacığın daha çox yayılma ehtimalını göstərir. Mərkəzə tələ asılmayan kəndlərdən daxil olan məlumatlar da bu faktı təsdiqləyir”.

Tələt Mehdiyev bildirib ki, zərərvericinin populyasiyasının azalması üçün yalnız dövlət qurumlarının deyil, vətəndaşların da fəal iştirakı vacibdir: “Bağacığın 6 ay qışladığı dövrdə ev sahibləri bitki mühafizəsi mütəxəssisləri və yerli icra nümayəndələri ilə birlikdə mexaniki mübarizə tədbirlərini davam etdirməlidirlər. Hər bir vətəndaş öz həyətyanı sahəsində, evində, çardağında və yardımçı tikililərdə “axtar-tap” prinsipi ilə bağacıqları aşkarlayıb məhv etməlidir. Belə olduqda, gələn il zərərvericilərin iqtisadi ziyanlı həddi keçməsinin qarşısı alınacaqdır”, - deyə mütəxəssis vurğulayıb.

Ekspertlər hesab edirlər ki, qışlama dövründə aparılan mexaniki mübarizə tədbirləri kimyəvi üsullardan daha təhlükəsiz və ekoloji cəhətdən üstün hesab edilir. Çünki bağacığın qışladığı dövrdə kimyəvi preparatların istifadəsi mümkün deyil, buna görə də hər bir ev sahibi öz payına düşən məsuliyyəti yerinə yetirməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri