Icma.az
close
up
RU
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə davam edir

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə davam edir

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Zaqatalada dövlət qurumlarının iştirakı ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınmasına həsr olunmuş tədbirlər müzakirə olunub.

“Cebheinfo.az” xəbər verir ki, Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Balakən, Zaqatala və Qax rayon icra hakimiyyətlərinin rəhbərləri, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Toplantıdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Açılış nitqi ilə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, rayon ərazisində bitki zərərvericilərinə, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir.

O qeyd edib ki, zərərverici ilk dəfə 2018-ci ildə aşkarlanıb və bu istiqamətdə görülən işlər nəticəsində onun iqtisadiyyata vurduğu zərərin minimuma endirilməsi üçün ardıcıl tədbirlər görülür.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri və ekosistem üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

Nazir bildirib ki, zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi, mübarizə tədbirlərinin təşkili və maarifləndirmə işləri üzrə aidiyyəti qurumların iştirakı ilə mütəmadi monitorinqlər aparılır.

Onun sözlərinə görə, 2025-ci ildə bu monitorinqlər 32 rayonu əhatə edib və ən yüksək sirayətlənmə Balakən, Zaqatala və Qax rayonlarında müşahidə olunub.

Bu səbəbdən mübarizə tədbirlərinin əsasən həmin bölgələrə yönəldilməsinin zəruriliyi qeyd edilib.

Nazir mübarizə tədbirlərinin effektivliyinin artırılması üçün yerlərdə ixtisaslaşmış mübarizə dəstələrinin formalaşdırılması, özəl sektorun prosesə cəlb edilməsi, bioloji mübarizə üsullarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə dərmanlanmasının vacibliyini vurğulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qəhvəyi mərmər bağacığının ekoloji baxımdan təhlükəli zərərverici olduğunu qeyd edərək, nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib.

O, miqrasiya dövründə sərhəd bölgələrində zərərvericinin operativ izlənməsi məqsədilə Dövlət Sərhəd Xidməti əməkdaşlarının qərargah toplantılarına cəlb edilməsinin vacibliyini vurğulayıb.

AQTA sədrinin müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib.

Yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çıxışlarında bölgələrdə aparılan mübarizə tədbirləri barədə məlumat verib, qərargahların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Tədbirdə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Yekun nitq ilə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov mübarizə işlərinin sürətləndirilməsi və effektivliyinin artırılması üçün bioloji mübarizənin gücləndirilməsi, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsinin vacibliyini qeyd edib.

Nazir analoji toplantıların zərərvericinin yayılması müşahidə olunan digər rayonlarda da keçirilməsinin vacibliyini önə çəkib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri