Mütəxəssis xəbərdarlıq etdi: 2030 cu ildə yalnız bu 5 peşə qalacaq
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Süni intellekt üzrə mütəxəssis Dr. Roman Yampolskiy bildirib ki, 2030-cu ilə qədər əmək bazarında tarixi dəyişikliklər baş verəcək.
News24.az xəbər verir ki, onun sözlərinə görə, ümumi süni intellekt (AGI) 2027-ci ilə qədər inkişaf etdiriləcək və bu, insan əməyinə olan tələbatı demək olar ki, tamamilə aradan qaldıracaq.
Yampolskiy deyib ki, gələcəkdə robotlar və süni zəka sürət və xərclərə görə insanlardan daha üstün olacaq. Nəticədə insan işlətmək iqtisadi baxımdan mənasız hala gələcək. O, 2030-cu ildə işsizlik səviyyəsinin 99%-ə çata biləcəyini bildirir.
Mütəxəssisə görə, yalnız 5 peşə qrupu varlığını davam etdirəcək:
Əl işləri və sənətkarlıq – İnsan tərəfindən hazırlanmış məhsullara maraq az da olsa qalacaq.
Psixoloq və terapevtlər – Empati və insan anlayışı tələb edən sahələr.
Məsləhətçilər və insan resursları – Etibar və təcrübəyə əsaslanan peşələr.
Süni zəkanı nəzarətdə saxlayan mütəxəssislər – AI-nin etik və təhlükəsiz işləməsinə nəzarət edəcək.
Texnologiya ilə insan arasında körpü quranlar – AI-ni anlayıb insanlara izah edə bilən peşəkarlar.
Yampolskiy qeyd edib ki, bu dəyişikliklər qarşısıalınmazdır, lakin insanlar bu gələcəyə hazırlaşmalıdırlar. “Texnologiyanı dayandıra bilmərik, amma onunla düzgün yaşamağı öyrənməliyik", – deyə o vurğulayıb.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 Oktyabr 2025 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















