Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Mutizmli uşaqların ünsiyyət bacarıqları ailə mühitindən asılıdırmı? Psixoloqdan açıqlama

Mutizmli uşaqların ünsiyyət bacarıqları ailə mühitindən asılıdırmı? Psixoloqdan açıqlama

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova  Nazirliyin rəsmi saytına müsahibə verib.

Bakıvaxtı.az həmin müsahibəni təqdim edir:

-Lalə xanım, ilk öncə mutizm haqqında və onun yaranma səbəbləri barəsində məlumat verərdiniz...

- Uşağın danışa bildiyi halda danışmaqdan imtina etməsi psixoloji bir problemdir və bu mutizm adlanır. Səssiz, susqun mənasına gələn mutizm latın dilində “mutus” ifadədəsindən yaranıb. Uşağın danışıq yaşı keçir və o, hələ də danışmırsa, bu hal uşağın ya nitq aparatında yaranan problemlərlə bağlıdır, ya da danışa bildiyi halda danışmağa istəyinin olmamasıdır. Şəxs bəzən məişətdə danışmır, lakin fiziki və emosional baxımdan sağlamdır.
Mutizmin bir çox müxtəlif səbəbi var. O, psixoloji amillər - narahatlıq, psixoloji travma, depressiya və ya stres nəticəsində yarana bilər.
Bundan əlavə, nevroloji faktorlar - beyin zədələri, nevroloji pozuntular və ya autizm spektri mutizmin yaranmasına gətirib çıxara bilər. Sosial və emosional amillər, sosial narahatlıq, ailə münaqişələri və ya təhsil mühitindəki çətinliklər də bu səbəblərə daxildir.
Genetik faktorları da qeyd etmək lazımdır. Bəzən mutizm irsi, yəni ailə üzvlərində də bənzər vəziyyətlər ola bilər.

- Mutizmin neçə növü var?

- Mutizm əsasən iki əsas növə bölünür: selektiv mutizm və total mutizm. Hər iki növün özünəməxsus xüsusiyyətləri var.
Selektiv mutizm, şəxsin müəyyən sosial vəziyyətlərdə və ya müəyyən insanlarla ünsiyyət qurmaqda çətinlik çəkməsidir. Məsələn, uşaq küçədə şifahi ünsiyyət qurmaq istəmir, ancaq evdə sakitcə ünsiyyət qurur. Bu vəziyyət adətən 3-5 yaş arası uşaqlarda müşahidə olunur və psixoloji narahatlıqdan qaynaqlana bilər. Çünki uşaqlar bu dövrdə sosial və dil bacarıqlarını inkişaf etdirirlər. Lakin bu vəziyyət böyüklərdə də mövcud ola bilər.
Selektiv mutizm müalicəsində, uşağa sosial vəziyyətlərdə ünsiyyət qurmağı öyrətmək məqsədilə davranış terapiyası və koqnitiv-behavioral terapiya istifadə edilir. Müalicə uşağın özünü rahat hiss edəcəyi mühitlərdə başlayır və tədricən sosial vəziyyətlərdə danışmağa həvəsləndirilir. Selektiv mutizm bəzi hallarda müdaxiləsiz sağala bilsə də, diaqnoz qoyulduqdan sonra müalicəyə başlanması məsləhətdir.
Uşağın yaşı artdıqca bu durumu müalicə etmək də çətinləşir. Total mutizm şəxsin heç bir şəkildə də danışmaması halıdır. Bu, çox ciddi psixoloji və ya nevroloji problemlərin nəticəsi ola bilər. Total mutizm olan insanlar heç bir sosial vəziyyətdə danışmır, hətta ən yaxınları ilə belə əlaqə qurmazlar.

- Mutizm və autizm arasında fərq varmı?

- Autizm bir şəxsin sosial əlaqələr qurmağı və ünsiyyət bacarıqlarını inkişaf etdirməkdə çətinlik çəkməsi ilə bağlıdır, spektr pozuntusudur. Autizmli uşaqlar bəzən mutizmə meyilli olurlar, amma autizm və mutizm iki ayrı xəstəlikdir. Mutizm yalnız danışmama vəziyyəti ilə bağlıdır, autizm isə daha geniş bir sosial və davranış pozuntusudur.

- Mutizm uşaqlar arasında necə təyin olunur?

- Mutizm uşaqlarda psixoloji və ya sosial problemlərin əlaməti olaraq təyin olunur. Uşağın sosial münasibətlərini, məktəbdəki davranışlarını və evdəki vəziyyətini qiymətləndirən mütəxəssislər bu vəziyyəti müəyyən edirlər. Mutizm psixoloji əsaslı bir vəziyyətdir. Şəxsin fiziki sağlamlığı yaxşı olsa da, psixoloji və sosial səbəblərdən danışmaqdan imtina edə bilər. Mutizm sosial əlaqələri çətinləşdirir. Şəxslər yaxınları ilə normal ünsiyyət qura bilmədikdə, tənhalıq hissi, narahatlıq və ya sosial izolyasiya yaşaya bilərlər. Bu, onların sosial həyatlarındakı çətinlikləri artırır.
Mutizmli uşaqlara sosial vəziyyətlərdə dəstək olmaq üçün onlara təzyiq göstərilməməli və onları öz tempi ilə inkişaf etməyə təşviq etməlidir. Addım-addım uşaqların sosial vəziyyətlərə adaptasiya olması üçün səy göstərmək lazımdır. Sosial dəstək olaraq, sosial mühitdə sıxıntı çəkən uşaqlarla qrup işlərinin həyata keçirilməsi, məşğələlərinin sayının artırılması uşağın sosial mühitə adaptasiya olunması üçün şərait yaratmış olur.

- Mutizm böyüklərdə necə müşahidə olunur?

- Böyüklərdə mutizmin bir neçə növü və səbəbi var. Böyüklərdə ən çox rast gəlinən mutizm formalarından biri psixoloji səbəblərdən irəli gəlir. Bu, adətən, travmatik bir hadisə və ya uzunmüddətli stress nəticəsində inkişaf edir. Psixoloji mutizm adətən şiddətli narahatlıq, depressiya və ya Posttravmatik stres pozuntusu (PTSP) ilə əlaqələndirilir. Belə hallarda insan stres vəziyyətində danışmaqda çətinlik çəkir. Psixoloji mutizm, xəstənin öz iradəsi ilə deyil, bədəninin və ağlının qorunma məqsədi ilə ortaya çıxır. Bu səbəblər uşaqlıq dövründə yaşanmış travmalar (məsələn, təcavüz, zorakılıq, ailə problemləri) həyatdakı güclü stres və ya şok (ailə üzvlərinin itirilməsi, qəza, təbii fəlakət və s) daxildir.
Nevroloji mutizm afaziya, beyindəki zədələrdən qaynaqlanan bir vəziyyətdir. Beynin danışma və dil ilə əlaqəli sahələrinin zədələnməsi (məsələn, insult, beyin travması, ya da şişlər nəticəsində) insanın danışma qabiliyyətinə təsir edə bilər. Afaziya, danışma və ya anlama ilə bağlı çətinliklər yaradır. Mutizm də bu tip xəstəliklərin nəticəsi olaraq ortaya çıxa bilər, amma bəzən xəstələr sadəcə danışmağı dayandırır, ya da heç danışmaya bilərlər. Bu səbəblərə Parkinson xəstəliyi və ya digər nevroloji xəstəliklərdə daxildir.
Şizofreniya kimi bəzi psixiatrik xəstəliklərdə də mutizm görülə bilir. Şizofreniyada şəxsin daxili dünyası və reallıq arasındakı əlaqəsi pozulur və bəzən fərd kommunikasiya qurmağı unuda bilər. Bu, xüsusilə halüsinasiyalar və ya delusiyalar zamanı baş verə bilər. Şizofrenik xəstələrdə bəzən danışıqdan imtina etmək və ya heç danışmamaq müşahidə olunur.
Bəzi hallarda böyüklərdə mutizm orqanizmə aid tibbi və fiziki problemlərdən qaynaqlanır. Bu, bir çox xəstəliyin simptomlarından biri ola bilər. Məsələn, bəzən ağır bir yorğunluq və ya hormon balanssızlığı da danışmaqda çətinliklərə gətirib çıxarır.

- Mutizmin müalicəsində hansı metodlar istifadə olunur?

- Mutizmin müalicəsində istifadə edilən əsas metodlara koqnitiv-behavioral terapiya (KBT) daxildir ki, bu da uşaqlara sosial vəziyyətlərdə danışmaga təşviq edən bir müalicə üsuludur. Davranış terapiyası zamanı uşaqların doğru davranışları mükafatlandırmaqla onlara danışmaq öyrədilir. Sosial bacarıq təlimi uşaqların sosial vəziyyətlərdə özünə inamlı şəkildə iştirak etməsini təmin edəcək bacarıqlar inkişaf etdirilir.

- Mutizmli uşaqların gündəlik həyatını yaxşılaşdırmaq üçün evdə necə dəstəkləməliyik?

- Evdə uşağın sosial və danışma bacarıqlarını inkişaf etdirmək üçün təhlükəsiz və dəstəkləyici bir mühit yaradılmalıdır. Uşağın rahat hiss etməsi üçün onunla gündəlik həyat fəaliyyətlərinə daxil olmaq, oyun oynamaq və daha çox sosial vəziyyətlərdə iştirak etməsini təşviq etmək faydalıdır.
Mutizmli şəxslərin gündəlik həyatını asanlaşdırmaq üçün onlara sosial bacarıqlarını inkişaf etdirməyə kömək edən fəaliyyətlər təklif etmək lazımdır. Eyni zamanda, stresli vəziyyətlərdən qaçınmaq və rahat mühitlərdə daha çox vaxt keçirmələri tövsiyə olunur.

- Mutizmli uşaqların valideynləri üçün nə məsləhət görərdiniz?

- İlk öncə uşağa sevgi və dəstək göstərin. Özlərini təhlükəsiz hiss etməsinə şərait yaradın. Uşağa qarşı təzyiq göstərmək yerinə, onun hisslərini başa düşməyə çalışın və onu dəstəkləyin. Uşağınızın sosial əlaqələr qurması üçün təzyiq yaratmadan sadə və təbii mühitlərdə sosial fəaliyyətlər təşkil edin. Əvvəlcə evdəki kiçik qruplarla başlayın, sonra daha böyük sosial mühitlərə keçid edin. Davranış və ünsiyyət üçün mühit hazırlayın, uşağınızın hansısa bir müsbət davranışını, danışmağa cəhd etməsini mükafatlandırın. Uşağınızın danışmağa başlaması zamanla baş verəcək bir prosesdir.
Eyni zamanda, uşağa qarşı təzyiq göstərməyin. Sinif və məktəb müəllimləri ilə əməkdaşlıq edin. Onlar uşağınızın sosial inteqrasiya üçün lazımi dəstəyi təmin edə bilərlər. Bütün göstərilən dəstək sayəsində uşağınızın mutizmlə bağlı olan problemi aradan qalxar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri