Icma.az
close
up
RU
Məhəllə oyunları uşaqların ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir Psixoloqdan TÖVSİYƏ

Məhəllə oyunları uşaqların ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir Psixoloqdan TÖVSİYƏ

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaman keçdikcə insanların, uşaqların həyat fəaliyyətində bir çox dəyişikliklər var. Bu dəyişikliklərdən biri də uşaqların əvvəlki vaxtlardakı kimi həyətə çıxmamasıdır. Küçələrdə və həyətlərdə oyun oynamaq ənənəsi getdikcə azalır.

Bəs uşaqların həyətə düşməməsi, məhəllə oyunları oynamaması onların sosial fəaliyyətinə necə təsir edir?

Psixoloq Pərvanə Musayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, dövrümüzdə ən aktual problemlərdən biri insanların sosial ünsiyyət bacarıqlarının zəifləməsi və azalmasıdır.

"Bu problem yalnız yetkinlərdə deyil, uşaqlar arasında da özünü göstərir. Bunun əsas səbəblərindən biri texnologiyanın sürətlə inkişaf etməsidir. İnsanlar bir çox işlərini elektron qaydada və sosial şəbəkələr vasitəsilə həll edir. Uşaqlar isə erkən yaşlarda televizor, telefon və planşet kimi texnologiya vasitələrinə məruz qalır ki, bu da onların yalnız sosiallaşma prosesinə deyil, eyni zamanda nitq və ünsiyyət bacarıqlarına da mənfi təsir göstərir. Uşaqların uzun müddət virtual məkanda vaxt keçirməsi gündəlik rutinlərə və digər real həyatdakı əyləncələrə marağı azaldır ki, bu da onların sosiallaşma və ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olur".

Psixoloq qeyd etdi ki, problemin həlli üçün həm uşaqlar, həm də valideynlər maarifləndirilməlidir:

"Uşağın ekrandan istifadəsi yaşına uyğun və müəyyən vaxt məhdudiyyəti ilə tənzimlənməlidir. Əvəzində uşağın gündəlik həyatına maraqlı və fiziki aktivliyini artıran məşğuliyyətlər əlavə etmək faydalı olar. Bu məşğuliyyətlər idman, rəsm və ya rəqs dərnəkləri ola bilər. Açıq havada az vaxt keçirmək uşağın fiziki sağlamlığına da mənfi təsir göstərir. Beyin kifayət qədər oksigenlə təmin olunmadıqda uşağın yuxu rejimi, iştahı, əhval-ruhiyyəsi və öyrənmə bacarığı zəifləyir. Uşaqlarda problem həll etmə, ünsiyyət qurma, özünü ifadə etmə bacarıqlarını inkişaf etdirmək və emosional intellekti gücləndirmək üçün qarşılıqlı sosial ünsiyyət vacibdir. Ümumiləşdirsək, uşaqların həyətə çıxması onların real ünsiyyət bacarıqlarını inkişaf etdirir, çünki bu zaman onlar yaşıdları ilə üz-üzə əlaqə qurmağı öyrənirlər".

Müsahibimizin fikrincə, məhəllə oyunları əməkdaşlıq, paylaşma və münaqişə həll etmə bacarıqlarını gücləndirir:

"Açıq havada oynamaq uşaqların həm sosial, həm də emosional intellektinin inkişafına müsbət təsir göstərir. Həyətə çıxmayan uşaqlar zamanla sosial təşəbbüs göstərməkdə çətinlik çəkə bilər, çünki təcrübə və qarşılıqlı təmas azalır. Həyət mühiti uşaqlar üçün təbii sosial mühitdir ki, burada onlar qaydalara əməl etməyi, növbə gözləməyi və özünü ifadə etməyi öyrənirlər".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri