Icma.az
close
up
RU
Müttəfiqliyə xəyanət edən kimdir?

Müttəfiqliyə xəyanət edən kimdir?

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Və ya Rusiya KİV-ləri Azərbaycana iftira ata bilər, bizim media Bakıdakı “Rus Evi”nin əsl fəaliyyəti barədə yaza bilməz?

Bir sıra Azərbaycan KİV-lərində yayılan bir məlumat Kremlin xoşuna gəlməyib. Belə ki, yerli mediada Bakıda “Rus Evi” adı altında Rusiya xüsusi xidmət orqanlarının (“Rossotrudniçestvo”) fəaliyyət göstərməsi barədə məlumat yayılıb.

Bununla bağlı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevi görüşə dəvət edərək, Rusiya Federasiyasına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.

Qaluzin və Mustafayevin görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir: “Azərbaycan KİV-lərində son vaxtlar Rusiya əleyhinə çıxan bir sıra nəşrlər, eləcə də Bakıda “Rus Evi”nə qarşı dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub”.

Maraqlıdır ki, arqument kimi Qaluzin Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsində nəzərdə tutulan strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Öz hava məkanında AZAL-ın təyyarəsini vuran və bütün vasitələrlə məsuliyyətdən yayınmağa çalışan Rusiya birdən-birə Moskva Bəyannaməsini xatırlayaraq Azərbaycan mətbuatının anti-Rusiya yönümlü olması ilə bağlı Azərbaycana qarşı iddialar irəli sürməyə cəsarət edir.

Qaluzin Rusiya ərazisində ermənipərəst KİV-lərin fəaliyyət göstərməsindən xəbərdardırmı? Onlar hər gün Azərbaycana çamur atır, Azərbaycan xalqını təhqir və böhtana məruz qoyur, bizi bütün günahlarda ittiham edirlər. Bu ermənipərəst KİV-ləri sadalamağa ehtiyac yoxdur, çünki Rusiya hakimiyyətinin özü də baş verənlərdən xəbərdardır və üstəlik, bu nəşrlərin anti-Azərbaycan fəaliyyətinə nəzarət edir və istiqamətləndirir.

Biz hələ “Rusiya Erməniləri İttifaqı” ictimai təşkilatının fəaliyyətini demirik. Bu təşkilatın rəhbəri, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş Ara Abramyan vaxtaşırı Azərbaycan əleyhinə bəyanatlar verir.

Bundan əlavə, Rusiya dövlət büdcəsindən maliyyələşən və aktiv anti-Azərbaycan yönümlü olan “Sputnik” informasiya agentliyinin Ermənistan bölməsinin Rusiya redaksiyasının fəaliyyətini misal çəkmək olar. Üstəlik, bu nəşr yaxın vaxtlara qədər Azərbaycanla informasiya müharibəsinin önündə gedirdi. “Sputnik”in baş redaktoru Marqarita Simonyan isə vaxtilə Rusiyanın Ukraynaya təcavüzünün simvolu olan “Z” hərfinin Qarabağda görünməsindən cılız bir sevinc hissi keçirdi və ağılsızcasına ümidini bildirdi ki, bir gün Azərbaycanın bu ərazisi Rusiyanın tərkibinə daxil olacaq.

Bütün bunlar Moskva Bəyannaməsinin ruhuna zidd deyil, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmir və millətlərarası nifaq salmır?

Söhbət ondan gedirsə, Qaluzin öz mövqeyinə görə bilməlidir ki, Rusiya nəşrləri yuxarıdan gələn göstərişlərə əməl edərək, AZAL-ın təyyarəsinın qəzası məsələsində Azərbaycanı və onun rəhbərliyini qəsdən ləkələyir, ictimaiyyətin diqqətini bu hadisələrin əsl səbəblərindən yayındırmaq üçün təhrif olunmuş məlumatlar yayırlar.

Bu vəziyyətdə sual ortaya çıxır: niyə Rusiya KİV-ləri öz auditoriyasına anti-Azərbaycan xarakterli məlumatlar çatdıra bilər, amma Azərbaycan nəşrləri Bakıdakı “Rus Evi”nin əsl fəaliyyəti barədə yaza bilməz?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri