Icma.az
close
up
RU
Müxalifət Ramiz Mehdiyevin adamları ilə görüşüb? KONKRET

Müxalifət Ramiz Mehdiyevin adamları ilə görüşüb? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Kütləvi informasiya vasitələrinin (KİV) Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin 50 nəfərlik siyahısı barədə iddialar təkcə bəzi sabiq və ya vəzifəli məmurlarda deyil, həm də müxalifətdə təşviş doğurub.

KONKRET.az xəbər verir ki, həmin siyahıda müxalifət nümayəndələrinin olduğu barədə dolaşan mediada xəbərlər vəziyyəti daha da gərginləşdirib. Bunu müxalifət nümayəndələrinin sosial şəbəkələrdə paylaşımları da sübut edir.

Qeyd edək ki, bəzi KİV-lər mənbəyə istinadən xəbər veriblər ki, Ramiz Mehdiyevin “Dövlət Şurası”nda yer alacaq müxalifət nümayəndələrindən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.

AXCP funksionerləri bunu təhqiramiz şəkildə “Raufoğlunun şinelindən çıxmış telmanqızılarının, camalqızılarının ulaşması” adlandırıblar: “…elə sizi “sozdavat” eləyən, hərənizə bir sayt açan da Ramiz Mehdiyevin nökəri Əli Həsənov idi. Yəni siz Ramiz Mehdiyevin nökərinin nökəri idiniz”.

Vaxtilə Ramiz Mehdiyevin təzyiqlərinə məruz qaldığını deyən Gültəkin Hacıbəyli isə tezliklə bu xəbərə ətraflı şəkildə cavab verəcəyini vəd edib.

Bu arada adı hələ Ramiz Mehdiyevin siyahısından çıxmayan, amma İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun casusluq işində adı hallandırılan İsa Qəmbərə “vəhy” gəlib. O, “Dövlət Şurası” ideyasının vaxtilə AMİP-in fəxri sədri Etibar Məmmədovdan gəldiyini xatırlayıb.

Musavatçılar hazırda İsa Qəmbərə aid olduğu iddia edilən bu yazını sürətlə sosial şəbəkələrdə paylaşırlar.

Həmin yazıda deyilir:

“1. 2003-cü il oktyabrda – prezident seçkilərinə 7-8 gün qalmış Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və mənim namizədliyimi dəstəkləməsi müqabilində, məndən seçiləcəyim təqdirdə a) baş nazir vəzifəsini, b) seçkidən dərhal sonra Dövlət Şurası yaradılmasını, c) onun DŞ-na sədr təyin edilməsini, d) xarici işlər nazirliyinin və bütün qüvvə strukturlarının DŞ sədrinə – yəni ona tabe etdirilməsini və s. tələb etdi. Mən ona bildirdim ki, seçiləcəyim təqdirdə onun baş nazir təyin olunmasını məqbul sayıram, digər tələblər isə məntiqə və konstitusiyaya uyğun deyil.

2. Guya mənim bütün bu təklifləri qəbul etdiyim və sonra fikrimi dəyişdiyim haqda deyilənlər həqiqəti əks etdirmir. Mən orda Etibar Məmmədova dedim ki, həddindən artıq çətin şərtlər irəli sürürsünüz, bunların qəbul edilməsi gerçək görünmür. Hər halda mən bütün bunları Müsavat Partiyasının rəhbərliyində və müttəfiqlərimlə müzakirə edəndən sonra sabah gündüz saat 13:00-a qədər cavab verəcəm. Sabahı gün gündüz saat 1-ə bir neçə dəqiqə qalmış mən Etibar Məmmədova zəng etdim və onun təkliflərinin məqbul olmadığını bildirdim. Məsələnin mahiyyəti qısaca olaraq budur”.

Etibar Məmmədov “Musavat” partiyasının liderinə hələ cavab verməsə də, bundan öncə müsavatçıların Dövlət Şurası ilə bağlı onu yada salmasını “cəfəngiyyat” adlandırıb.

Bu arada partiyasını qızı və oğlu arasında bölüşdürə bilməyən “Ana Vətən” partiyasının istefaya gedib-getmədiyi bəlli olmayan sədri Fəzail Ağamalı “Musavat” TV-nin “Canlı Debat” verilişində bildirib ki, Ramiz Mehdiyevin hər zaman radikal müxalifətlə əlaqələri olub. Müxalifət bunu ona görə edib ki, Ramiz Mehdiyevin vasitəsilə İlham Əliyevi devirib, sonra yaranmış fürsətdən istifadə edərək hakimiyyətə gəlsin.

Fəzail Ağamalının sözlərinə görə, 2000-ci ilin əvvəllərində “Azadlıq” qəzetində işləyən, ona yaxın münasibətdə olan jurnalistlər ona və Qüdrət Həsənquliyevə məlumat çatırıblar ki, müxalifətin içərisində Ramiz Mehdiyevin təbliğatı aparılır. Bu təbliğata görə, Ramiz Mehdiyev Rusiya və İranın razılığı ilə hakimiyyətə gəlir, Türkiyə ilə danışıqlar aparılır ki, PA rəhbərinin prezident gəlməsinə mane olmasınlar.

Fəzail Ağamalı qeyd edib ki, 2001-2002-ci illərdə Ramiz Mehdiyevin göndərdiyi iki şəxs – Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynov və bu yaxınlaradək PA-da işləyən, Ramiz Mehdiyevin yaxın adamlarından biri olan Qafar Əliyev Klassik Xalq Cəbhəsinin, Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasında olan adamları, AXCP-nin nümayəndələri ilə görüşüblər. Musavat başqanı İsa Qəmbər buna ironiya ilə yanaşıb.

“Ona görə də 2001-ci ildə “Neytral” qəzetində bu məsələdən danışdım, Ramiz Mehdiyevi ifşa etdim, onu “şərəfsiz”, “xəyanətkar” adlandırdım”.

Fəzail Ağamalı bildirib ki, Ramiz Mehdiyev o zaman Heydər Əliyevin kabinetinə gedərək, onndan şikayətlənib: “Ramiz Mehdiyev ona deyib ki, “cənab prezident, mən sizə çox sədaqətliyəm, mənim prezidentlik iddiam yoxdur”. Heydər Əliyev “bu, nə söhbətdir?” deyəndə, Ramiz ona əhvalatı danışıb. Heydər Əliyev ona “Deyir deyir də, niyə narahat olursan. Get işinlə məşğul ol” müdrik cavabını verib”, – deyə Fəzail Ağamalı vurğulayıb.

O, bildirib ki, məhz müxalifət bu hadisələrə aydınlıq gətirməlidir, çünki Ramiz Mehdiyev Azərbaycanın müstəqilliyinin düşmənidir, deməli hər birimizin, o cümlədən müxalifətin də düşmənidir.

Əcaba, müxalifət Fəzail Ağamalının çağırışına əməl edib, məxfi görüşlər məsələsinə aydınlıq gətirəcəkmi?

Mənbə: nocomment.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri