Icma.az
close
up
RU
Ramiz Mehdiyev müxalifət partiyasının KONKRET

Ramiz Mehdiyev müxalifət partiyasının KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Son günlər mediada yayılan bir foto müzakirələrə səbəb olub. Şəkil Milli İstiqlal Partiyasının (AMİP) qurucu lideri Etibar Məmmədovla Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin salamlaşdığı səhnəni əks etdirir. Bir az arxada isə PA ictimai-siyasi şöbənin sabiq müdiri Əli Həsənov var. Bu fotonun tədbirdən çəkildiyi bəllidir.

İddialara görə, bu foto AMİP-in 5 illik yubileyində çəkilib. İctimaiyyətdə sual yaranır ki, həmin vaxt Müsavat və AXCP-nin yubiley tədbirlərinə hakimiyyət nümayəndələri iştirak etmədiyi halda, nədən AMİP-ə bu cür yüksək diqqət göstərilib?

Globalinfo.az-a danışan AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Ramiz Mehdiyev və Etibar Məmmədovun şəkili 1997-ci ildə AMİP-in 5 illik yubileyində çəkilib:

“O dövrdə protokol qaydası belə idi ki, hökumət nümayəndələri mütləq tədbirlərdə iştirak etməli idilər. AMİP isə ölkənin əsas aparıcı müxalifət partiyası sayılırdı. Mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə Ramiz Mehdiyev hökuməti təmsil edərək partiyanın yubileyini təbrik etmək üçün tədbirə qatılmışdı. Həmin vaxt hazırkı Prezident İlham Əliyev də SOCAR-ın birinci vitse-prezidenti kimi tədbirdə iştirak etmişdi”.

AMİP-ə göstərilən diqqətin səbəbini izah edən Arzuxan Əlizadə qeyd edib ki, o dövrdə AMİP əsas müxalifət partiyası olaraq parlamentdə təmsil olunurdu:

Arzuxan Əlizadə

“Digər partiyaların tədbirlərinə hökumət nümayəndələrinin qatılıb-qatılmaması barədə məlumatım yoxdur. Lakin bu, protokol qaydalarına uyğundur. Məsələn, AMİP-in 30 illik yubileyində də Yeni Azərbaycan Partiyasından partiya sədrinin müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edib. Digər partiyalar da tədbirə dəvət olunmuşdular”.

A.Əlizadə həmçinin qeyd edib ki, AMİP 2001-ci ildə Binəqədidəki böyük qərargahından məhrum edildikdən sonra yeni qərargahla təmin olunmamışdı, halbuki digər partiyaların qərargahları mövcud idi:

“AMİP 2000-2024-cü illər ərzində parlamentdə təmsil olunmasa da, AXCP və Müsavatın nümayəndələri parlamentdə iştirak edirdilər. Milli İstiqlal Partiyasının Ramiz Mehdiyev ilə yaxın münasibətdə olması barədə heç bir fakt yoxdur. Lakin bəzi digər siyasi qurumlara pərdəarxası münasibətlərin mövcud olduğu da sirr deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:300
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Noyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri