Icma.az
close
up
RU
Muxtar Babayev: Azərbaycan və Türkiyə COP29 un nəticələrini enerji keçidinə töhfəyə çevirir

Muxtar Babayev: Azərbaycan və Türkiyə COP29 un nəticələrini enerji keçidinə töhfəyə çevirir

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Bu gün Azərbaycan və Türkiyənin iqlim və enerji sahəsində əməkdaşlığı, 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin Qlobal İqlim Forumunun (COP29) nəticələri ilə birlikdə, hər iki ölkəyə və bütün dünyaya enerji keçidinin sürətləndirilməsinə töhfə verir.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin yaratdığı riskləri və enerji keçidinin açdığı imkanları nəzərə alaraq, iqlim və enerji sahəsində tərəfdaşlığı genişləndirir:

"Türkiyə son illərdə iqlim siyasəti sahəsində mühüm addımlar atıb. Qəbul olunmuş iqlim qanunu ölkənin uzunmüddətli karbon neytrallığı hədəfinə fundamental əsas yaradıb. Bu qanun Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizədə iradəsini və qətiyyətini göstərən tarixi qərardır. Türkiyənin müəyyən etdiyi milli iqlim hədəfləri də onun qlobal proseslərdə məsuliyyətli tərəfdaş olduğunu sübut edir. Emissiyaların azaldılması, təmiz enerji mənbələrinin genişləndirilməsi və "yaşıl investisiyaların" təşviqi istiqamətində atılan addımlar ölkənin dekarbonizasiya yolunu aydın şəkildə ortaya qoyub. Hər iki ölkə enerji keçidinin yaratdığı imkanların fərqindədir və hər zaman qlobal enerji sistemində məsuliyyətli tərəfdaş qismində çıxış edib".

M.Babayev əlavə edib ki, hazırda Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində əhəmiyyətli layihələr həyata keçirir:

"Hər iki ölkə bu layihələri sürətləndirdikcə əməkdaşlığımız həlledici əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan arasında imzalanmış yeni elektrik ötürücü xətti üzrə anlaşma memorandumu Avropanın enerji təhlükəsizliyi və regionumuzun rifahı baxımından tarixi əhəmiyyət kəsb edir. Bu Forum isə mövcud razılaşmalar üzərində yeni əməkdaşlıq imkanlarının tapılması və hər iki ölkə üçün perspektivlərin genişləndirilməsi baxımından xüsusi önəm daşıyır".

O qeyd edib ki, COP29-da qəbul edilən qərar və öhdəliklər hər iki ölkəyə və dünyaya iddialı enerji planlarını reallaşdırmaqda dəstək olacaq:

"Xatırlatmaq istərdim ki, COP28-də Dubayda ölkələr ədalətli və nizamlı enerji keçidi çağırışı ətrafında bir araya gələrək, mövcud enerji sisteminin dekarbonizasiyası və gələcəyin təmiz enerji sisteminin qurulması üçün iddialı hədəflər müəyyən ediblər. Bu hədəflərə 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə artırılaraq 11 000 giqavata çatdırılması, həmçinin enerji səmərəliliyinin illik qlobal artım tempinin 2 %-dən 4 %-dən yuxarı səviyyəyə yüksəldilməsi daxildir. COP29-da Bakıda isə bu öhdəliklərin reallığa çevrilməsi üçün növbəti məntiqi addımlar atmaqda qətiyyət nümayiş etdirdik".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri