Muxtar Babayev BƏƏ nin naziri ilə COP29 un nəticələrini müzakirə edib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak başa çatmaqda olan “World Government Summit” çərçivəsində Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsini müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"COP29-un prezidenti Muxtar Babayev BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak ilə ikitərəfli görüş keçirib. Tərəflər COP29-un nəticələrini müzakirə edib və BƏƏ ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər", - məlumatda qeyd olunub.
M.Babayev, həmçinin Qlobal Dəyişikliklər İnstitutunun icraçı sədri Toni Bler ilə görüş keçirib. Görüş zamanı iqlim problemlərinin əhəmiyyəti və prioritetliyi, onların həllində dövlətlərin, özəl və xeyriyyə təşkilatlarının əməkdaşlığını müzakirə edilib.
Baxış sayı:74
Bu xəbər 13 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















