Icma.az
close
up
RU
Muxtar Babayev: Azərbaycan Xəzərin dayazlaşması probleminə dair sammitin keçirilməsi təklifi ilə çıxış edib

Muxtar Babayev: Azərbaycan Xəzərin dayazlaşması probleminə dair sammitin keçirilməsi təklifi ilə çıxış edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 29 may, AZƏRTAC

Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizində biomüxtəlifliyin qorunmasına dair Tehran Konvensiyası çərçivəsində fəal əməkdaşlıq qurulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, həmin konvensiya çərçivəsində həm elmi, həm də praktiki aspektlər, o cümlədən suyun səviyyəsinin azalması ilə bağlı risklər müzakirə olunur.

M.Babayev əlavə edib: “Bu risklər çoxaspektlidir - kənd təsərrüfatından infrastruktura, o cümlədən limanlara və logistikaya təhdidlər, həmçinin havanın keyfiyyətinə təsiri əhatə edir, çünki toz kütlələri dənizin qurumuş ərazilərindən qalxa bilər”. O qeyd edib ki, Azərbaycan Xəzərin dayazlaşması probleminə dair sammitin keçirilməsi təklifi ilə çıxış edib.

“Gündəliyi formalaşdırmaq və tədbirin tarixini müəyyən etmək üçün Xarici İşlər Nazirliyində işçi qrupu yaradılıb. Bütün Xəzəryanı dövlətlər məsləhətləşmələrdə iştirak etmək üçün dəvət olunub”, - deyə o əlavə edib və bu yaxınlarda Sankt-Peterburqda keçirilən Nevski Ekoloji Konqresinin sessiyalarından birinin həmin problemə həsr olunduğunu vurğulayıb.

“Hazırda bu ciddi prosesin nəticələrinin yumşaldılması strategiyasının hazırlanması məqsədilə Qazaxıstan və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilir”, - deyən M.Babayev problemin bütün Xəzəryanı ölkələri, regionu və bütövlükdə dünyanı narahat etdiyini vurğulayıb.

O diqqətə çatdırıb ki, Xəzər dənizi ilə bağlı vəziyyət İranda Urmiya gölü və Qazaxıstanın Özbəkistanla sərhədində Aral dənizinin faciələri ilə müqayisə oluna bilər.

“Bu proseslər artıq Urmiya və Aral dənizi bölgələrində daxili miqrasiyaya səbəb olur və bölgə üçün ciddi sosial problemlər yaradır”, -deyə o vurğulayıb.

Qazaxıstanla qarşılıqlı fəaliyyətə gəlincə, M.Babayevin sözlərinə görə, Azərbaycan bu ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir. “Tehran Konvensiyası çərçivəsində işçi qrupunun növbəti iclasının keçirilməsi planlaşdırılır”, - deyə o sözlərini yekunlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri