Rusiya və Azərbaycan Xəzərin dayazlaşması ilə mübarizədə səylərini birləşdirir
Icma.az, Report.az saytına istinadən bildirir.
Rusiya və Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı məsələlərin həlli üçün ikitərəfli işçi qrupu yaradır. Gələcəkdə isə onu beştərəfli formata keçirməyi planlaşdırır.
Bu barədə “Report”un sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında bildirib.
"Hazırda ikitərəfli işçi qrupu yaradırıq. Onu beştərəfli formata keçirməyi təklif etmək istəyirik ki, bütün Xəzəryanı dövlətlər bu işdə iştirak etsinlər. Biz beynəlxalq arenada da əməkdaşlıq edirik", - XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, Bakı və Moskva arasında təhlükəsizlik, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində, həmçinin silahlı qüvvələr və xüsusi xidmət orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əlaqələr qurulub və praktiki addımlar atılır.
Baxış sayı:116
Bu xəbər 14 Yanvar 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















