Muxtar Maniyevin oğlu ilə bağlı MARAQLI FAKTLAR
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində yeni təyinat olub.
Məlumata görə, müdafiə nazirinin əmri ilə Tural Maniyev idarə rəisinin müavini vəzifəsinə təyin edilib. Təyinatdan sonra ona polkovnik hərbi rütbəsi verilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Tural Maniyev ali hərbi təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Kara Harp Okulunda tamamlayıb. O, Azərbaycan Ordusunda müxtəlif məsul vəzifələrdə xidmət göstərib.
Tural Maniyev “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illik yubiley medalları ilə, həmçinin “Vətən müharibəsi iştirakçısı” döş nişanı ilə təltif edilib.
O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Xatırladaq ki, Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur.
Rəşid Muxtar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:375
Bu xəbər 22 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















