Icma.az
close
up
RU
Hamiləlik testlərlə bağlı bilmədiyiniz MARAQLI FAKTLAR

Hamiləlik testlərlə bağlı bilmədiyiniz MARAQLI FAKTLAR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1. Bütün ev şəraitində istifadə olunan hamiləlik testlərinin iş prinsipi  eynidir - onlar sidikdə "hamiləlik hormonu" olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir.

Hamilə olmayan qadının orqanizmində bu hormon olmur.

XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən ("yapışdıqdan") sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək  üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir.

Orqanizmdə olan bütün qan böyrəklərdə keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur.

2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir.

3. Testi günün istənilən vaxtı etmək olar. Lakin həkimlər bunu sübh tezdən etməyi tövsiyə edir. Gecə yuxusundan sonra sidik daha "qatı" olur ki, XQ sidikdə daha çox olur. Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.

4. Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa və ya solğun çıxırsa, deməli hamiləlik testi xarabdır və ya onun yararlıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır.

5. Testin nəticəsi əksər hallarda 5 dəqiqə ərzində qiymətləndirilir. Əgər bu müddət ərzində testdə 2-ci zolaq çıxmayıbsa, nəticə mənfi sayılır (yəni hamiləlik yoxdur). 10 dəqiqədən artıq nəticə gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər.

6. Farmasevtlərin sözünə görə, hamiləlik varsa, test bunu mütləq göstərəcək. Yəni yanlış nəticənin ehtimalı, demək olar, sıfıra bərabərdir. Lakin bəzən qadınlar tələsir və testi lazım olandan daha tez edir. XQ yalnız mayalanmış yumurta hüceyrəsi uşaqlığın divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Bundan tez yox.

7. Əgər testdə 5 dəqiqə ərzində nazik da olsa ikinci xətt görünübsə, test müsbət sayılır. Növbəti gün testi təkrar etmək lazımdır - zolaq tündləşəcək. Bu hamilə qadının qanında XQ hormonunun sürətlə artması ilə bağlıdır.

8. Bəzən hamiləlik testi yanlış müsbət nəticə verə bilər. Bu hormonal müalicə alan (inyeksiya şəklində XQ hormonu alan) qadınlarda mümkündür.

Testin digər yanlış müsbət nəticəsinin səbəbi qadında yumurtalıq şişin olmasıdır.

Məhz bu səbəbdən hamiləliyin əvvəlində (təxminən 5-6-cı həftələrində) qadın USM-dən keçməlidir. USM zamanı dölün uşaqlıq boşluğu daxilində olması müəyyən edilirsə, hamiləlik təsdiq olunmuş sayılır.

9. Uşaqlıqdan kənar hamiləlik zamanı da test müsbət nəticə göstərir. Lakin uşaqlqıdan kənar hamiləlik zamanı XQ daha yavaş artır ki, testdə 2-ci xətt uzun müddət ərzində solğun çıxa bilər. Belə solğun ikinci xətdən uşaqlıqdan kənar hamiləlikdən şübhələnmək olar.

10. Kişilərdə hamiləlik testi... müsbət nəticə verə bilər. Xaya xərçəngi zamanı kişinin orqanizmində XQ hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də müsbət nəticə göstərir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri