Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 11 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında muxtar respublikada 226 milyon 57 min 600 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 8 faiz çoxdur. Sənaye məhsulunun 196 milyon 685 min 100 manatı və ya 87 faizi malların, 29 milyon 372 min 500 manatı və ya 13 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 82,2 faizi emal, 16,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:287
Bu xəbər 11 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















