Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 411 milyon 565 min 700 manatlıq sənaye məhsulu istehsal edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 7,2 faiz çoxdur.
Sənaye məhsulunun 366 milyon 474 min 400 manatı və ya 89 faizi malların, 45 milyon 91 min 300 manatı və ya 11 faizi isə xidmətlərin payına düşüb.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,6 faizi emal, 14,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Müxbir-Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Oktyabr 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















