Icma.az
close
up
RU
Muxtar respublikada təcili tibbi yardım avtomobilləri yeni avadanlıqlarla təmin olunub

Muxtar respublikada təcili tibbi yardım avtomobilləri yeni avadanlıqlarla təmin olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, muxtar respublikada Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin gücləndirilməsi, yeni briqadaların formalaşdırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirlər çərçivəsində Təcili Tibbi Yardım Xidmətinin müasir tələblərə cavab verən səviyyədə təşkili və xidmətin əhaliyə operativ göstərilməsi üçün bir sıra mühüm addımlar atılıb, köhnə təcili yardım avtomobillərinin daxili təchizatı yenilənib. Yeni avadanlıqlarla təchiz edilmiş avtomobillər Təcili Tibbi Yardım briqadalarının vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini artırmaqla, ən qısa zamanda effektiv müdaxilənin təmin edilməsinə imkan verir.

Yeni avadanlıqlar və zəruri tibbi ləvazimatların alınmasına 980 min manat vəsait ayrılıb, ümumilikdə, 22 adda avadanlıq və ləvazimat təmin edilib. Alınan avadanlıqlar arasında süni tənəffüs cihazları, portativ aspiratorlar, ambulans üçün portativ aspiratorlar, baş üçün immobilizasiya yastıqları, boyunluqlar, pnevmatik şinalar dəsti, səyyar təzyiq ölçən cihazlar, stasionar təzyiq ölçən, tam təchizatlı təcili tibbi yardım çantaları, yanıq dəstləri, təcili doğum dəstləri, torakal drenaj seti, diaqnostik dəst, defibrilyatorlar və digər zəruri tibbi ləvazimatlar yer alır.

Qeyd edək ki, görülən tədbirlər yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmır. Yeni briqadaların formalaşdırılması, personalın ixtisasının artırılması və müasir tibbi texnologiyaların tətbiqi ilə xidmətin keyfiyyəti daha da yüksəldilib. Bu addımlar Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və təcili tibbi yardımın operativliyinin təmin edilməsi sahəsində aparılan kompleks işlərin mühüm tərkib hissəsini təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri