Icma.az
close
up
RU
Muxtar respublikada karyera sərgisi

Muxtar respublikada karyera sərgisi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dünən Naxçıvan şəhərində II karyera sərgisi açılıb. Aksiyada çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Naxçıvanda keçirilən digər mühüm tədbirlər kimi karyera sərgisi də artıq ənənə halını alıb.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətinə toxunan səlahiyyətli nümayəndə Dövlət Proqramının icrasında gənclərin rolundan danışıb, karyera sərgisinin fəaliyyətinə uğurlar arzulayıb.

Fuad Nəcəfli qeyd edib ki, muxtar respublikada həyata keçirilən islahatlar, kadrları və iqtisadiyyatı, eləcə də digər sahələri əhatə edir. Artıq süni intellekt həyatımıza daxil olub və bir çox sahələrdə insanları əvəz etməyə qadirdir. Əgər bu yeniliklər “yaşıl enerji”, kənd təsərrüfatı, iqtisadiyyat, nəqliyyat infrastrukturu və turizm kimi sahələrdə tətbiq edilsə, böyük uğurlar əldə olunacaq.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə bildirib ki, ötən il keçirilən I karyera sərgisində təqdim olunan şəxsi məlumatlar əsasında artıq 100-ə yaxın şəxs işlə təmin edilib. Budəfəki sərgidə 28 dövlət, 14 özəl müəssisə olmaqla, ümumilikdə, 42 təşkilat vakant vəzifə çıxarıb.

Məlumat verilib ki, iki gün davam edəcək sərgiyə 5 mindən çox tələbə və məzun olmaqla, ümumilikdə, 7 min iştirakçının qatılacağı gözlənilir. Onlar müəssisə nümayəndələri ilə görüşmək, şəxsi məlumatlarını təqdim etmək, təcrübə və vakant iş yerləri haqqında birbaşa məlumat almaq imkanı əldə edəcəklər. Sərgi müddətində Bakı şəhərindən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək.

Səbuhi HƏSƏNOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see286

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see270

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see263

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see261

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see261

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see257

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see249

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see243

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see235

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see219

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see212

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see210

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see206

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see195

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see186

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see185

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri