“Müxtəlif yanaşmaların müzakirəsi mühüm əhəmiyyət daşıyır”
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ekspertlərlə növbəti görüş keçirib.
Görüşdə ölkədə müşahidə olunan son makroiqtisadi meyillər, pul siyasəti, qiymət artımının gedişi, kredit bazarındakı vəziyyət, eləcə də maliyyə sahəsinin gündəmində olan digər mühüm məsələlər geniş müzakirə olunub.
Gununsesi.info bildirir ki, görüşdə iştirak edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, fərqli baxışların və müxtəlif yanaşmaların eyni masa arxasında müzakirə olunması hər zaman faydalı olur.
Onun sözlərinə görə, belə görüşlər iqtisadi proseslərin daha dolğun qiymətləndirilməsinə, müxtəlif əsaslandırmaların müqayisə edilməsinə və mövcud vəziyyətin daha geniş baxımdan təhlilinə şərait yaradır.
Əmirov qeyd edib ki, bununla onun növbəti müzakirə mövzusu da yekunlaşıb. O, qısa fasilədən sonra – avqustun 20-dən etibarən yenidən media çıxışları və analitik təhlillərlə fəaliyyətini davam etdirəcəyini bildirib.
Afət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Avqust 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















