Icma.az
close
up
RU
Antiterror əməliyyatı mühüm tarixi əhəmiyyət daşıyır Deputat

Antiterror əməliyyatı mühüm tarixi əhəmiyyət daşıyır Deputat

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Qarabağda uzun illər davam edən hərbi-siyasi gərginlik bölgədə sabitlik və davamlı sülhün bərqərar olmasına ciddi maneələr törədirdi. Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazidə qalması isə Azərbaycanın suveren hüquqlarının sistemli şəkildə pozulmasına, təhlükəsizlik mühitinin daim risk altında olmasına gətirib çıxarırdı".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, İkinci Qarabağ müharibəsi başa çatsa da, bu müddəaların tam şəkildə yerinə yetirilməməsi gərginliyin davam etməsinə səbəb olmuşdur.

"Azərbaycan dövləti həm beynəlxalq hüquqa, həm də humanist prinsiplərə sadiq qalaraq məsələni sülh yolu ilə həll etməyə çalışmış, qarşı tərəfi əməkdaşlığa dəvət etmişdir, lakin Ermənistan və separatçı qüvvələr bütün çağırışlara məhəl qoymayaraq, bölgədə yeni silahlar və döyüş texnikaları yerləşdirmiş, müxtəlif təxribatlar törətmişdir. Bu isə Azərbaycan üçün milli təhlükəsizliyin qorunması və dövlət suverenliyinin bərpasını labüd etmişdir. 2023-cü ildə Qarabağda separatçı qüvvələrin genişmiqyaslı terror hücumları baş verdi. Ermənistanın silahlı qüvvələri və qeyri-qanuni dəstələri əvvəlcədən hazırlanmış minalar vasitəsilə mülki şəxsləri və Azərbaycan Ordusunun mövqelərini hədəf aldı. Bu təxribatlar bir daha göstərdi ki, Ermənistan və separatçılar bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı deyillər. Azərbaycan dövləti bu gərginliyə qarşı dərhal hərbi və siyasi tədbirlər gördü. 2023-cü il sentyabr 19-20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində düşmənin mövqelərini sıradan çıxardı.

Əməliyyat zamanı Qarabağın 406 kvadratkilometr ərazisi tam nəzarət altına alındı, düşmənin tankları, artilleriya qurğuları, minaatanları və digər silahları məhv edildi. 

Sentyabrın 28-də separatçı xunta rəhbəri qondarma rejimin ləğvi barədə sənəd imzaladı. Əməliyyatdan dərhal sonra Yevlax şəhərində Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə görüş keçirildi, onlara reinteqrasiya şərtləri təqdim edildi və regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanı yaradıldı. Bu yanaşma Azərbaycanın inklüziv və humanist siyasətinin bariz nümunəsi oldu.

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri yalnız hərbi uğur deyil, həm də regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir. Çünki əməliyyat nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi, Qarabağda separatizmə son qoyuldu və regionda dayanıqlı sülh üçün real imkanlar yarandı. Dövlət Bayrağımızın Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə dalğalandırılması tarixi ədalətin bərpasının və milli suverenliyin təntənəsidir. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin şəhərlərdə Azərbaycan Bayrağını ucaldaraq tarixi Qələbəni bütün dünyaya nümayiş etdirdi. Bu faktorlar Azərbaycan xalqının dövlətçilik ənənələrinin gücünü və şanlı ordumuzun hərbi hazırlığını bir daha təsdiqlədi. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu əlamətdar gün Azərbaycan xalqının müstəqilliyi və suverenliyinin qorunması, milli maraqlarının təmin olunması yolunda göstərilən qəhrəmanlıq və qətiyyətin təzahürü olaraq qeyd edilir.

Qarabağda həyata keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyinin qorunması, milli maraqlarının təmin edilməsi və bölgədə dayanıqlı sülhün bərpası baxımından tarixi əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin qətiyyətli siyasəti, ordunun peşəkarlığı və xalqın həmrəyliyi nəticəsində regionda yeni reallıqlar formalaşıb, gələcəkdə təhlükəsizlik və sabitlik üçün möhkəm zəmin yaradılmışdır. Əməliyyat həm hərbi uğur, həm də humanist yanaşmanın nümunəsi olaraq tarixdə öz layiqli yerini tutmuşdur və Qarabağda Zəfər tarixi regionda yeni dövrün başlanğıcı kimi diqqət çəkir". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri