Icma.az
close
up
RU
Müzəffər, qüdrətli və müasir ordu

Müzəffər, qüdrətli və müasir ordu

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Silahlı Qüvvələrimiz 107-cı ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır.

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində ordu quruculuğunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanın yenilməz ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar güstərərək 30 il işgal altında olan torpaqlarımızı azad etdi, tarixə qızıl hərflərlə yazılacaq şanlı Zəfər qələbəsi qazandı. Azərbaycan ordusu bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan ordusu dünya hərb tarixinə yazılacaq yüksək döyüş qabiliyyəti nümayiş etdirərək gücünü və qüdrətini bütün dünyaya bir daha göstərdi. Ordumuzun qəhrəman əsgər və zabitləri bu ağır döyüşlərdə igidlik, mərdlik göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirən zaman Vətən uğrunda Şəhid oldular. Allah bütün Şəhdlərimizə rəhmət eləsin, qazilərimizə şəfalar diləyirik. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyirik. Şəhidlərimizin qəhrəmanlığı daim xalımızın qəlbində əbədi yaşayacaqdır. Artıq Azərbaycan xalqı öz qüdrətli ordusu ilə daha çox fəxr edir və inanır ki, torpagımıza göz dikən hər hansı düşmənin hər an qarşısını almağa hazırdır, layiqli cavab verməyə qadirdir.

Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır.

Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə yerinə yetirilir, ordumuz müasir texnikalarla, silahlarla təmin olunur. Artıq bütün dünya dövlətləri etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Prezident İlham Əliyev bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusu hərbi qüdrətini artıraraq gündən-günə inkişaf edir.

Döyüş meydanında yeni tarix yazan bizə şanlı Qələbəni yaşadan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.


Fidan Hüseynova,

YAP Quba rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri