Icma.az
close
up
RU
Müzəffər və Qalib Ordumuz

Müzəffər və Qalib Ordumuz

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü müstəqil Azərbaycanın dövlətçilik tarixində əlamətdar gün kimi xüsusi yer tutur və xalqımızın milli təhlükəsizliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında müstəsna rol oynayan Azərbaycan Ordusunun yaranmasını hər il böyük qürur hissi ilə qeyd edir. Bu tarix müstəqil dövlətimizin gücünü, xalqımızın yenilməz rəşadətini və milli birliyini təcəssüm etdirən əlamətdar tarixi gündür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu qərar müstəqil Azərbaycan dövlətinin milli ordusunun formalaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri oldu

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun rəsmi dövlət bayramı – Silahlı Qüvvələr Günü elan edilmişdir. Bu qərar milli ordu quruculuğu tariximizin əhəmiyyətinin dövlət səviyyəsində təsdiqi idi.Xalqımız bu bayramı hər il təntənə ilə qeyd edir.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkənin bütün sahələrində olduğu kimi, hərbi kadr hazırlığı sahəsində də yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyev milli hərbi kadrların hazırlanmasını Azərbaycanın gələcəyi üçün strateji məsələ hesab edirdi.

Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu məktəb sonralar minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynadı. Həmçinin Azərbaycan gənclərinin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almasına geniş imkanlar yaradıldı. Bunun nəticəsində müstəqillik dövründə Azərbaycan Ordusunun peşəkar zabit korpusunun formalaşması üçün möhkəm zəmin yarandı.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanın müstəqilliyini qorumağın əsas təminatçısı güclü ordudur. Bu müdrik fikir bu gün də dövlətimizin hərbi siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Ölkəmizdə 2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Hərbi büdcə dəfələrlə artırılmış, ən müasir silah və texnika alınmış, Azərbaycan Ordusu dünyanın qabaqcıl orduları sırasında layiqli yer tutmağa başlamışdır. Müasir pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket sistemləri, xüsusi təyinatlı qüvvələrin inkişafı və beynəlxalq standartlara uyğun hərbi hazırlıq ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəltmişdir.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər, tarixi Qələbə uzun illər aparılan məqsədyönlü ordu quruculuğu siyasətinin məntiqi nəticəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və xalqımızın otuz illik həsrətinə son qoydu.

Şuşanın azad olunması hərbi tariximizin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Azərbaycan əsgəri öz qəhrəmanlığı, peşəkarlığı və vətən sevgisi ilə bütün dünyaya örnək oldu. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Azərbaycan Ordusunun əsas gücü yalnız müasir silahlarla deyil, həm də şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığı, Vətənə bağlılığı və döyüş ruhu ilə ölçülür. Azərbaycan əsgəri hər zaman dövlətinə, xalqına və torpağına sədaqətlə xidmət edir.

Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri sübut etdi ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və mübariz ruhda yetişmişdir. Məhz bu ruh ordumuzun əsas dayaqlarından biridir.

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi regionda təhlükəsizlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyan tarixi sənəddir. Bəyannamədə mühüm məsələlər tam  öz əksini tapmışdır.

Belə ki, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi təlimlərin keçirilməsi və müdafiə sənayesi sahəsində birgə fəaliyyət. Regional sabitliyin və təhlükəsizliyin təmin olunması, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qarşı təhdidlər zamanı qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi. Bəyannamədə qeyd edilmişdir

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən biri hesab olunur. Müstəqil dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı olan Müzəffər Silahlı Qüvvələrimiz yüksək döyüş hazırlığına, müasir silahlanmaya və peşəkar kadr potensialına malikdir.

Böyük xilaskar Heydər Əliyevin yaratdığı Azərbaycan ordusunun bundan sonra da müdafiə qabiliyyəti daha da güclənəcəkdir.

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyun 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri