Icma.az
close
up
RU
Muzey direktoru: Azərbaycan və Latviyanın xalçatoxuma ənənələri çox oxşardır

Muzey direktoru: Azərbaycan və Latviyanın xalçatoxuma ənənələri çox oxşardır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 may, AZƏRTAC

Bəli, biz bir-birimizdən uzağıq, amma ortaq cəhətlərimiz çoxdur, çünki həndəsi naxışvurmanın əsasları Cənubi Amerikada, Hindistanda və Qafqaz regionunda oxşardır. Bu, təməldir. Ancaq yenə də bəzi fərqlər var, lakin onlar bizi zənginləşdirir. Keçən il “Azərxalça”nın sayəsində həm müasir, həm də tarixi xalçalardan ibarət gözəl sərgimiz olanda, muzeylərimizə gələn qonaqlar mədəniyyətlərimizin nə qədər oxşar cəhətlərinin olduğunu deyirdilər.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Latviya Dekorativ-Tətbiqi Sənət və Dizayn Muzeyinin direktoru İnese Baranovska deyib.

O əlavə edib: “Bizim etnoqrafik ənənələrimiz var; Latviyada əvvəllər xalçalar toxunmurdu, çünki tarixən buna ehtiyac yox idi. Bizim ölkədə yorğan, süfrə, xalq geyimləri, trikotaj əlcəklər toxuyurdular. Ancaq bu ornament gözəl bir rəng, boya və rəng hissidir. Bu ənənələr çox, olduqca yaxındır, biz həm fərqlilikləri, həm də oxşarlıqları görürük. Keçən il “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bizə xalça festivalı haqqında danışanda fikirləşdim ki, buraya gəlmək çox xoş olacaq. Sabahı səbirsizliklə gözləyirik, hər şey mükəmməl təşkil olunub. Sizi belə maraqlı hadisə münasibətilə təbrik edirəm. Azərbaycan bizim üçün çox dost ölkədir”.

Azərbaycan xalçaçılıq nümunələrinin Latviyada yüksək qiymətləndirildiyini bildirən İ.Baranovska əlavə edib: “Biz sərgini Beynəlxalq Muzeylər Günü ərəfəsində açmışıq. Bu əlamətdar gündən əvvəl ənənəyə uyğun şəkildə muzeylər gecəsi keçiririk. Sonuncunun açılışı xalça sərgisi ilə eyni vaxta təsadüf edirdi. Sərginin ilk günləri idi və çoxlu qonaq gəlmişdi. Azərbaycandan xalçatoxuma bacarığını nümayiş etdirən bir qız vardı. Latviya Rəssamlıq Akademiyasında ustad dərsləri də keçirildi. Bütün bunlar ziyarətçilərin böyük marağına səbəb oldu və sərgi böyük uğurla keçdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri