Icma.az
close
up
RU
Ənənələri olan Partiya

Ənənələri olan Partiya

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Anar Nəbiyev,

YAP Qazax rayon təşkilatının sədri

“Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar. Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir”. Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına inamı və etimadı 32 illik uğurlu fəaliyyətində əhəmiyyətli rol oynadı.  Ümummilli Lider  xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının  müraciətinə cavabında da belə bir  inamı ifadə etmişdir ki,  müstəqil  Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması  obyektiv zərurətdən irəli gələn  Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında tarixi rol oynaya bilər.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü, fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Yeni Azərbaycan Partiyası çətin  və şərəfli yol keçdi.  Dünənin, bu günün partiyası kimi  gələcəyə böyük inamla addımlayan YAP  sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Müxtəlif kateqoriyalardan olan insanların partiyada birləşməsi onun ümumxalq partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillər sırasındadır. Partiya yarandığı gündən qəbul etdiyi Nizamnaməyə və Proqrama uyğun olaraq müəyyənləşdirdiyi hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını səfərbər etdi. Azərbaycanın 1993-2003-cü illərdə keçdiyi yolun uğurları hər birimizə məlumdur. Ölkəmiz elə bir sahə olmadı ki, təcrübəsi ilə nümunə olmasın. YAP ölkəmizin həyatında fəal iştirakı ilə yanaşı, zəngin təcrübəsi ilə də diqqətdədir.

2003-cü ildən  partiyanın həyatında yeni dövr başladı. Belə ki, Ümummilli Liderin xalqa tarixi müraciəti, bu müraciət əsasında xalqın böyük əksəriyyətinin  həmin il keçirilən prezident seçkilərində cənab İlham Əliyevi, Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməsi son 21 ilin uğurlarının əsası oldu. Artıq dörd ildir  tarixi hadisələri, ölkəmizin həyatında əhəmiyyətli rol oynayan  dönüş nöqtələrini,  bayramları Zəfər ruhunda qeyd edirik. Bu tarixi Zəfəri xalqımıza  yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Azərbaycan ötən ilin sentyabrında suverenliyini tam bərpa etməklə  yeni dövrə qədəm qoydu. Yeni dövrün öz hədəfləri vardır. Belə ki, cənab İlham Əliyev həm yeni dövrün əsas reallıqlarından olan bu ilin 7 febral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində, həm də 1 sentyabr parlament seçkilərindən sonra VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında yeni dövrün hədəflərini açıqladı. Bu hədəflərin hər biri AZərbaycanın qarşısında geniş imkanlar yaradır.

YAP 32 illiyini Zəfər, suverenliyimizin bərpası ab-havasında  qeyd edir. Partiya 2021-ci ildə   bu sevinclə VII qurultayını keçirdi. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu.  Məhz uğurlarımız, dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi  Böyük  Qələbəni təmin etdi. Zəfərimiz həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır.

YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib.  Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Cənab İlham Əliyev VII qurultayda bu məqamı da xüsusi qeyd etdi ki, YAP ənənələri olan partiyadır. Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri