Icma.az
close
up
RU
Muzeyə şəhid Məhəmməd Məmmədov haqqında kitab hədiyyə edilib.

Muzeyə şəhid Məhəmməd Məmmədov haqqında kitab hədiyyə edilib.

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Vətən müharibəsi iştirakçısı və 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Məmmədov Məhəmməd Bilal oğlunun həyatı və döyüş yolu haqqında kitab muzeyə hədiyyə verilib.

Bakupost.az xəbər verir ki, rəssam, yazıçı-publisist Zahir Məliklinin müəllifi olduğu “Məhəbbət qürbətə gedərmiş. Şəhid Məhəmməd Məmmədov” (Bakı,”Qanun”-2024.-296 səh.) adlanan kitab muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümova təqdim olunub.

Muzeyin daimi elmi ekspozisiyasının “Zəfər” zalında baş tutan təqdimatda müəllif Zahir Məlikli və şəhidin atası Məmmədov Bilal iştirak edib.

Qeyd edək ki, şəhid Məhəmməd Məmmədova məxsus hərbi səhra papağı, komandir hazırlığı dəftəri, Azərbaycan bayrağı, kəşfiyyatçının qol nişanı, rəngli qələm və beş ədəd fotoşəkil muzeyin Vətən Müharibəsi fondunda daimi mühafizədədir.

Şəhid Məhəmməd Məmmədov 1995-ci il dekabrın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

Məhəmməd Məmmədov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Biləsuvar rayonunun Ağalı kənd qəbiristanlığında dəfn edilib. "Cəsur döyüşçü" (2020), "Füzulinin azad olunmasına görə" (2020), "Xocavəndin azad olunmasına görə" (2020),"Şuşanın azad olunmasına görə" (2022), “Vətən uğrunda” (2022) medalları və “Azərbaycan bayrağı” (2022) ordeni ilə təltif edilib.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri