Myanma hərbi xuntası 6 minə yaxın məhbusu azad edəcək
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Myanma hərbi hökuməti ölkənin Müstəqillik Günü ilə əlaqədar amnistiyaya əsasən, 180-i əcnəbi olmaqla 5 min 864 məhbusu azad edəcək. SİA xəbər verir ki, bu barədə “Reuters” Myanmanın dövlət mediasına istinadən məlumat yayıb.
Myanma 2021-ci ilin əvvəlindən - hərbçilərin seçilmiş mülki hökuməti devirdiyi və etiraz aksiyalarını vəhşicəsinə əzdiyi və ümummilli silahlı üsyanın alovlandığı vaxtdan bəri qarışıqlıq içərisindədir.
Xuntanın hələ də həbsdə saxladığı şəxslər arasında ölkənin keçmiş lideri, Nobel mükafatı laureatı Aun San Su Çji də də var.
79 yaşlı qadın təhrik və seçki saxtakarlığından tutmuş korrupsiyaya qədər 14 cinayət ittihamı üzrə 27 illik cəzasını çəkir. Vəkillərinin sözlərinə görə, o, bütün ittihamları rədd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















