Myanma Prezidentinin Çinə səfəri başlayıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Pekin, 15 iyun, AZƏRTAC
Myanma İttifaqının Prezidenti Min Aunq Hlainqın Çinə dövlət səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə baş tutan səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair danışıqlar aparılacaq. Səfər iyunun 19-dək davam edəcək.
Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin komandanı Min Aunq Hlainqin əlinə keçib. Bu ilin aprelində Myanma parlamentində keçirilmiş seçkidə Dövlət İdarə Şurasının Sədri Min Aunq Hlainq prezident seçilib. Bu, onun prezident vəzifəsində Çinə ilk səfəridir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:132
Bu xəbər 15 İyun 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















