Myanmada mədən anbarında partlayış: ölənlər arasında uşaqlar var
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 iyun, AZƏRTAC
Myanmanın şimal-şərqində, Çinlə sərhəd yaxınlığında mədən və karxanalarda istifadə olunan partlayıcı maddələrin saxlanıldığı anbarda güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində azı 55 nəfər həlak olub, onlarla insan yaralanıb. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Partlayış, həmçinin 100-dən çox yaşayış binasına ciddi zərər vurub.
Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Hadisənin dəqiq səbəbi məlum olmasa da, təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi güman edilir.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən üsyançı qruplar maliyyə təminatlarını qiymətli mineralların çıxarılması ilə həyata keçirir və zəif təhlükəsizlik tədbirləri tez-tez mədən çökmələri və digər qəzalarla nəticələnir. Hadisənin baş verdiyi ərazi zəngin yaqut mədənləri ilə məşhurdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 İyun 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















