Suriyada silah anbarında partlayış baş verib, ölənlər var
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 19 sentyabr, AZƏRTAC
Suriyanın Deyr əz-Zor vilayətinin qərbində, Əyyəş qəsəbəsi yaxınlığında yerləşən hərbi obyektlərdən birində silah anbarında partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Axtarış-xilasetmə işləri zamanı 6 nəfərin meyiti aşkar edilib, bir neçə nəfərin taleyi isə hələlik məlum deyil.
Suriyanın Müdafiə Nazirliyinin Media və Kommunikasiya İdarəsi də Əyyəş bölgəsində ordunun obyektlərindən birində partlayış baş verdiyini təsdiqləyib. Bildirilib ki, hadisənin səbəbləri araşdırılır və partlayışın nəticələri qiymətləndirilir.
Qeyd edək ki, Suriya İnsan Haqları Müşahidə Qrupu hadisə nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında, ümumilikdə, 18 nəfərin öldüyünü və ya yaralandığını açıqlayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















